Crocodylus anthropophagus Brochu, Njau, Blumenschine & Densmore, 2010 — əsl timsahlar sinfinin nəsli kəsilmiş nümayəndəsi. Afrikanın Olduvay vadisində aşkarlanmışdırBrochu C. A., Njau J., Blumenschine R. J., Densmore L. D. (2010) "A New Horned Crocodile from the Plio-Pleistocene Hominid Sites at Olduvai Gorge, Tanzania. PLoS ONE 5(2): e9333. .
Təsviri Qismən qorunmuş kəllə və skeleti onun 1.84 milyon yaşında olmasını deməyə əsas verir. Bəzi xüsusiyyətlərinə görə nisbətən son zamanlarda nəsli kəsilmiş Madaqaskar timsahı — Voay robustusa bənzəyir. Crocodylus antropophagus Homo habilis və Paranthropus boisei kimi insan əcdadları ilə yanaşı Olduvay dərəsində yaşamışdır. Bunu qədim insanların sümük qalıqlarında bu yırtıcıların dişləmə izləyinin aşkarlanması sübut edir.
Yayılması Bu canılılar Afrikada, Şimali Tanzaniyanın Olduvay dərəsində aşkarlanmışdır.
İstinadlar
Xarici keçidlər
Ancient Human Ancestors Faced Fearsome Horned Crocodile. Kateqoriya:Nəsli kəsilmiş timsahlar