Əli Əbdül oğlu Zülalov ()İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.362 — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı Əli Zülalov 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olmuşdur. Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və qardaşı olan Qəmbər Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Şuşa şəhər real məktəbini bitirmişdir. 1917-ci ildə həvəsi onu teatra gətirmişdir. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyov Əli Zülalovun incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atdı. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub. Sonralar təhsilini davam etdirən Əli Zülalov Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs aldı. 1952-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında çalışmağa başlamışdır. İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollar: Ehsan paşa və Fətəli xan ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan"), Ərəbzəngi ("Şah İsmayıl") və onlarla digər obrazları maraqla izlənib. Əməkdar artist fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi.Bir nəslin hekayəti . Flora Xəlilzadə, "Azərbaycan". 14 avqust 2012 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü çərçivəsində Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilmişdir. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə. Zülalov bu obrazı xüsusi bir məharətlə yaratmışdır. Bu da Stalinin diqqətindən yayınmamışdır.Его исполнение отметил сам Сталин… . Нилуфар Гасанкызы. Вышка. 13 марта 2002, № 13 Görkəmli bəstəkar Fikrət Əmirov Ə. Zülalov haqqında xatirələrində belə yazıb: "…Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti və davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur".

O, 1963-cü ilin fevralın 18-də Bakıda vəfat edib.

Nəsil şəcərəsi

İstinadlar

Xarici keçidlər http://vyshka.azeurotel.com/arxiv/2002/13/6.htm http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_yanvar2009/67087.htm http://news.milli.az/culture/132234.html

Kateqoriya:Zülalovlar Kateqoriya:XIX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycanlı opera müğənniləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şuşa musiqiçiləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri