Batumi məscidi () — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən məscid.

Tarixi Batumi məscidi gürcü mənşəli müsəlman zadəgan — Aslan-bəy Ximşiaşvilinin ailəsinin sifarişi ilə 1886-cı ildə tikilib. Batumi məscidi hazırda mövcud olmayan Əzizə camisi ilə Əhməd-paşa camisi arasında ucaldıldığından, onu Orta cami də adlandırırlar. 1932-ci ildən 1946-cı ilədək sovet hakimiyyəti tərəfindən bağlanan məscid, 1946-cı ildə yenidən fəaliyyətini bərpa edib.Batumi: sights . Official website of Batumi. Retrieved on May 10, 2009

Təsviri Ağ rəngdə olan məscid iki mərtəbədən ibarətdir. Bir minarə və qızılı rəngli günbəzə malikdir. Məscidin divarları Laz qardaşları tərəfindən naxışlarla bəzədilib. Batumidə fəaliyyət göstərən yeganə məsciddir.

İstinadlar

Kateqoriya:1886-cı ildə yarananlar Kateqoriya:Gürcüstan məscidləri Kateqoriya:Sünni məscidləri Kateqoriya:1886-cı ildə tamamlanmış məscidlər