Carcinoscorpius rotundicauda — qılıncquyruqlular dəstəsinə, Xeliserlilər yarımtıpinə aid olan növ.

Anatomiya thumb|220px|Carcinoscorpius rotundicauda, Malayziya Bədəni baş-döş, qarıncıq və quyruqdan ibarətdir.

Qidalanması Qidasına böcək sürfələri, xırda balıqlar, xırda xərçəngkimilər, azqıllı qurdlar və ikitaylılar daxildirH. Zhou; Brian Morton. The diets of juvenile horseshoe crabs, Tachypleus tridentatus and Carcinoscorpius rotundicauda (Xiphosura), from nursery beaches proposed for conservation in Hong Kong (англ.) // Journal of Natural History : journal. — Taylor & Francis, 2004. — Vol. 38, no. 15. — P. 1915–1925. — doi:10.1080/0022293031000155377..

Yerləşməsi Hindistan, Banqladeş, İndoneziya, Malayziya, Sinqapur, Tayland, Kamboca, Vyetnam, Çin (Honq Konq daxil olmaqla) sularında yayılmışdır. Şri-Lanka, Filippin və Myanmada da görülmüşdür, amma burada təsdiqlənməmiş görüntülərdən bəhs olunurStine Vestbo; Matthias Obst; Francisco J. Quevedo Fernandez; Itsara Intanai; Peter Funch. Present and Potential Future Distributions of Asian Horseshoe Crabs Determine Areas for Conservation (англ.) // Frontiers in Marine Science : journal. — 2018. — Vol. 5, no. 164. — P. 1–16. — doi:10.3389/fmars.2018.00164..

Təsərrüfat əhəmiyyəti Yerli balıqçılar minlərlə qılıncquyruqlunu tuturlar.

Qanı tibbdə istifadə olunur, kürüsü delikater sayılır və yam khi maeng da (ยำไข่แมงดา) tay salatının tərkib hissəsidir.

Carcinoscorpius rotundicaudanı Tachypleus gigas növünün nümayəndələri ilə qarışıq salaraq yeyildiyi zaman zəhərlənmə (hətta ölümcül) halları müşahidə olunmuşdur. Tachypleus gigasdan fərqli olaraq Carcinoscorpius rotundicauda tetrodotoksin ehtiva edirKanchanapongkul, J.; Krittayapoositpot, P. An epidemic of tetrodotoxin poisoning following ingestion of the horseshoe crab Carcinoscorpius rotundicauda (англ.) // The Southeast Asian Journal of Tropical Medicine and Public Health : journal. — 1995. — June (vol. 26, no. 2). — P. 364–367. — ISSN 0125–1562. — PMID 8629077..

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xeliserlilər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:1802-ci ildə təsvir edilən heyvanlar