Alyona Apina (; qızlıq familiyası — Lyovoçkina; ) — Sovet və rus müğənnisi, aktrisa, bəstəkar, Rusiya Federasiyasının əməkdar artisti (2002)

Həyatı 1964-cü il 23 avqust tarixində Saratov şəhərində doğulub. 5 yaşı olanda valideynləri onu lokal musiqi məktəbinə qoydular. O, musiqi məktəbini uğurla bitirdikdən sonra musiqi kollecinə daxil olub. Musiqi kollecindən sonra Saratov Dövlət Konservatoriyasında təhsilinə davam edib.

Fəaliyyəti Konservatoriyada oxuyarkən Alyona bir dostu tərəfindən bir qrupda müğənni olaraq əlavə pul qazanmaq üçün yay tətilinə dəvət edilir və 1988-1991-ci illərdə Rusiya qadın qrupu Kombinaciya-nın aparıcı müğənnisi olur. Qrupun populyarlığı 1989-1993-cü illər arasında "Rus Qızları", "Amerikan oğlan", "Mühasib" (Бухгалтер) və "İki Dilim Sosis" (Два кусочека колбаски) kimi məşhur hitləri ilə zirvəyə çatdı. 1991-ci ildə Alyona Apina solo ifaçı kimi uğurlu karyerasını davam etdirmək üçün qrupdan ayrıldı. İlk solo mahnısı "Xenia" dərhal hit oldu. 1992-ci ildə ilk solo albomu 'Street of love' nı çıxardı, lakin ikinci albomu "Səhərə qədər rəqs et" ən uğurlu hesab olunur. Bu albomdakı səkkiz mahnının hamısı bütün Rusların tanıdığı və oxuduğu populyar hit oldu. 1994-cü ildə Rus pop / xalq musiqisi tarixində ilk dəfə Apina "Limit" musiqili pop-romanı istehsal etdi. Musiqili mahnıları məşhur rus şairi Mixail Taniç bəstələyib. "Limit" çox uğurlu alındı və ölkənin əsas televiziya kanallarında yayımlandı.

Alyona Apina 90-cı illərdə populyar bir müğənni idi və bu müddət ərzində bir neçə albom istehsal etdi. 1998-ci ildə Alyona Apina, "İlin ən yaxşı müğənnisi" olaraq prestijli Rus musiqi mükafatı "Ovation" aldı. 1999-cu ildə Rusiyanın "ТВ Центр" televiziya kanalına məşhur "Polevaya pochta" musiqili televiziya şousunun aparıcısı kimi dəvət edildi. Müğənnilik karyerasına davam etdi və Almaniya, İsrail, Fransa, İrlandiya və bir çox digər Avropa ölkələrində qastrol səfərlərində oldu. Bir aktrisa kimi məşhur televiziya serialları "Əsas şeylərin köhnə mahnıları" (Старые песни о главном), Alla Puqaçova ilə "Milad görüşləri" (Рождественские встречи), "Təcili" və bir çox digər televiziya layihələrində iştirak etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:XXI əsr aktrisaları