İlter Kuş () — Balıkesir Universitetinin rektoru, professor.

Həyatı və təhsili İlter Kuş 1970-ci ildə Adanada anadan olub. İbtidai və orta təhsilini Adanada tamamlayıb. 1994-cü ildə Ankara Universiteti Baytarlıq Fakültəsini bitirib. 1995-ci ildə Fırat Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində doktorluq təhsilinə başladı. 1995-ci ilin sonunda eyni şöbənin bir elmi köməkçisi vəzifəsinə təyin edilib.

Doktoranturasını 1999-cu ildə bitirmişdir. 2000-ci ildə dosent vəzifəsinə təyin edildi. Dosent adını 2005-ci ildə aldı. 2009-cu ildə Balıkesir Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində işə başladı. 2010-cu ildə professor təyin edildi. 2009-cu ildən bəri Balıkesir Universiteti Tibb Fakültəsi Anatomiya şöbəsinin müdiri, 2010-2011-ci illər arasında İvrindi Sağlamlıq Xidmətləri Peşə Məktəbinin direktoru, 2011-2014-cü illər arasında Balıkesir Sağlamlıq Məktəbinin direktoru vəzifələrində çalışıb.

2013-2016 illər ərzində İlter Kuş Tibb Fakültəsi Təməl Tibbi Elmlər bölümü başçısı, 2014-2018-ci illər arasında isə Balıkesir Universitetinin Rektor müavini idi. Təcrübə işləri ilə Neyroendokrin sisteminə diqqət yetirən İlter Kuş, SCI və SCI-Expanded daxilində 51 beynəlxalq məqaləyə və milli hakim jurnallarında 48 məqaləyə malikdir. Simpoziumlara 100-dən çox milli və beynəlxalq sənədlə qatıldı. Beynəlxalq məqalələri 684 alıntı alan professor. Ailəlidir, iki övladı var.

İlter Kuş, Prezidentin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə Balıkesir Universitetinin rektor vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Ankara Universitetinin məzunları