Ceyms Vilyam Eykaster (ing.: James William Acaster; ) — İngilis komediyaçısı.
Həyatı Ceyms Eykaster 9 yanvar 1985-ci ildə İngiltərənin Ketterinq şəhərində dünyaya gəlib. Ketterinqdə məktəbi bitirdikdən sonra Northemptonda kollecdə musiqi təhsili alıb. Bundan sonra Northemptonda bir sıra qruplarda barabançı kimi çıxış edən Ceyms daha sonra komediya ilə məşğul olmaq üçün musiqi karyerasına fasilə verir. 2009-cu ildə ilk dəfə Edinburqda bir sıra komediyaçılarla bir yerdə səhnəyə çıxan Ceyms Eykaster daha sonradan bir neçə dəfə daha səhnəyə çıxır və əsasən televiziya şoularında iştirak edərək tanınmağa başlayır. Davamlı çıxış etdiyi "Mock the Week", "Taskmaster", "8 out of 10 Cats", və "Would I Lie to You?" kimi televiziya verilişlərindən sonra özünə müəyyən kütlə toplamağı bacaran Ceyms Eykaster, həm də bir sıra şəhərlərdə etdiyi stendap şouları ilə də uğur qazanmağı bacarır. 2018-ci ildə 4 hissədən ibarət olan stendap şouları "James Acaster: Repertoire" adı ilə Netflix-də yayımlanır. Hal-hazırda öz çıxışlarına davam edən Ceyms Eykaster eyni zamanda "Hypothetical" adlı şounun aparıcılığını edir.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq komediyaçıları Kateqoriya:XXI əsr Böyük Britaniya aktyorları