İosif Stalin Muzeyi — Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin anadan olduğu Qori şəhərində onun xatirəsinə tikilən tarixi muzeydir.itinari, « Visiter Joseph Stalin Museum, Gori » archive, sur itinari, 6 avril 2018 (consulté le 7 février 2019) Muzey Sovet dövründəki xüsusiyyətlərini hələ də qoruyub saxlayır.(en) « Stalin Museum » archive, sur Atlas Obscura (consulté le 7 février 2019)

Haqqında Muzey şəhərin mərkəzi meydanında yerləşir və üç hissədən ibarətdir. Muzeyin açılışı 1957-ci ildə baş tutmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində, 1989-cu ildə muzey bağlansa da, sonra yenidən açılmışdır. Muzey Gürcüstanın populyar turizm məkanlarındandır.

2010-cu ilin iyun ayında Qori Mərkəzi Meydanında yerləşən Stalinin heykəli də muzeyə köçürülmüşdür.

Stalinin evi Stalinin anadan olduğu və ilk dörd ilini keçirdiyi kiçik taxta daxma da muzeydə qorunur. Daxmanın birinci mərtəbəsində iki otaq yerləşir. Stalinin ayaqqabı ustası olan atası Vissarion Cuqaşvili binanın sol tərəfində yerləşən otağı icarəyə götürmüş və zirzəmisini emalatxanaya çevirmişdir.

Stalin Muzeyi right|thumb|200x200px|Stalin Muzeyi Kompleksin əsas hissəsi 1951-ci ildə sosializm tarixinə həsr olunmuş muzey kimi fəaliyyətə başlamışdır. 1953-cü ildə Stalinin ölümündən sonra muzey Sovet memarlığı üslubunda böyük bir saray kimi yenidən tikilmişdir. Eksponatlar xronoloji ardıcıllıqla altı zalda nümayiş olunur. Eksponatlara Stalinin sahib olduğu bir çox əşya, o cümlədən bəzi ofis mebelləri və s. daxildir. Həmçinin bir çox sənəd nümunəsi, foto, şəkil və qəzet məqaləsi də nümayiş edilir.

Stalinin dəmir yolu nəqliyyatı right|thumb|175x175px|Muzey xaricində yerləşən Stalinin şəxsi qatarı. Muzeydə Stalinin şəxsi dəmir yolu nəqliyyatı da nümayiş etdirilir. Muzeydəki 83 ton ağırlığında olan zirehli "Pullman" vaqonu Stalinin bir çox xarici səfərlərində istifadə edilmişdir (məsələn, Yalta konfransı,Tehran konfransı və s.). Qatar 1985-ci ildə Rostov-na-Donudan nümayiş etdirilməsi üçün muzeyə göndərilmişdi.Gori Stalin Museum . comtourist.com, abgerufen am 20. Februar 2016.

Planlaşdırılan yenidənqurma

2008-ci il Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan Mədəniyyət Naziri Nikoloz Vaçeişvili 24 sentyabr 2008-ci il tarixində bəyanat verərək İosif Stalin Muzeyinin yaxın gələcəkdə "Rus Təcavüzkarlıq Muzeyi" olaraq təşkil ediləcəyini bildirmişdi. В Гори появится музей российской оккупации (Museum of Russian aggression will appear in Gori) . Gazeta.ru. 2008-09-25. Bu məqsədlə muzeyin girişinə, "Bu muzey tarixin təhrif edilməsidir. Sovet təbliğatına xasdır və tarixin ən qanlı rejimini qanuniləşdirməyə çalışır" sözlərindən ibarət pankart yerləşdilir.Hero and horror: Stalin rebranded . The Independent. 6 June 2012. Lakin muzeyin yenidən təşkili barədə heç bir addım atılmamışdır. 20 dekabr 2012-ci ildə Qori bələdiyyəsi muzeyin yenidən təşkil edilməsi planının ləğv edilməsi haqqında qərar qəbul edir."Georgia: A Stalinist Restoration ", The New York Times, 20 December 2012"Georgia to Reinstate Stalin Monument ", RIA Novosti, 21 December 2012 2017-ci ildən etibarən isə sözügedən pankart da muzeyin girişindən çıxarılır.

Qalereya

Həmçinin bax

Batumi Stalin Muzeyi

İstinadlar

Xarici keçidlər

Laurence Weinbaum, "Gürcüstan, Stalin və Putinin kölgəsində" i24, 14.04.2014 Hələ Stalini Sevdikləri Qəsəbə (Marc Bennetts, RIA Novosti)

Kateqoriya:Şida Kartli Kateqoriya:Bioqrafik muzeylər Kateqoriya:Gürcüstan muzeyləri Kateqoriya:İosif Stalin