Uels (, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir.

Tarix

Coğrafiya thumb|left|Uels Parlamenti nin birinci naziri Mark Drakeford; May 2021 Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir. Yarımadanın şimalında ucalan Snoudon dağı İngiltərə tarixi-coğrafi bölgəsinin ən yüksək zirvəsidir. Həmin zirvədən yaxşı hava şəraitində Uelsin əzəmətli, geniş mənzərələrini seyr etmək olur. Çayların vadilərində və dağətəyi yerlərdə enli yarpaqlı meşələr zolağı uzanır. Düzənlik ərazilərdə tarlalar və bağlar salınmışdır.

Tarixi Uels V–VI əsrlərdə Britaniyanın anqlosakslar tərəfindən zəbt edilməsindən sonra formalaşmış xalqın-uelslilərin və ya vaililərin vətənidir. Bu məğrur xalqın çoxəsrlik tarixi anqlosaks işğalçıları ilə apardığı amansız mübarizə ilə zəngindir. Yalnız XIII əsrdə anqlosakslar Uelsi özlərinə tabe edə bildilər.

Uels paytaxtının (Kardif şəhəri) görkəmli yerləri, eyni zamanda Llanqollen və Karmarten şəhərlərinin zəngin tarixi və memarlıq abidələri. turistləri cəlb edən amillərdir. Uels, müalicəvi mineral mənbələrlə zəngindir. Bunların arasında, Llandrindod-Uels, Llanurtid-Uels daha məşhurdur. Uelsin dəniz sahili kurortları — Tauni, Aberistuit, Tenbi, Suonsi turistlərin diqqətini cəlb edir. Bu şəhərlərdə çoxsaylı tarixi və memarlıq abidələrinə rast gəlmək olar.

İqlim Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir.. Bu müxtəliflik ilk növbədə Uelsin ərazisinin mülayim və okeanik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. Yarımada əsasən rütubətli dəniz iqlimi mövcud olur.

Əhali thumbnail|Uelsdə əhali sıxlığının xəritəsi. 2011-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Uelsdə 3,063,456 nəfər əhali məskunlaşıb. Əhalinin 72,6%-ni uelslislər, 20,77%-ni ingilislər, 0,7%-ni şotlandlar, 0,6% hindistanlılar təşkil edir.

Din Uelsdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din xristianlıqdır. Uelslilərin 57,6%-i xristianlıq, 1,5%-i islam, 0,3%-i hinduizm və 0,3%-i buddizm dininə məxsusdur.

Səhiyyə Uelsdə səhiyyə əsasən "NHS Wales" tərəfindən təmin edilir. 2010-cu və 2012-ci illər arasında Uelsdə anadan olanlar üçün həyat davamlılığı kişilər üçün 77,8 il, qadınlar üçün 82 il təşkil edir. Bu, Böyük Britaniyada dörd ölkədə ikinci ən yüksək həyat davamlılığı təşkil edir.

Siyasi sistem Uels 1736-cı ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır, 1997-ci ildən isə məhdud muxtariyyət əldə edib. 1998-ci idən Uelsin öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.

Təhsil Uelsdə ümumi orta məktəb təhsili üç pillədən — ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.

Universitetlər Uelsin ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksəkixtisaslı mütəxəssis hazırlığını təmin edir. Uelsin ən nüfuzlu təhsil müəssisələri Kardiff və Suonsidə yerləşir.

Uelsin ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir: Birinci tsikl – bakalavr; İkinci tsikl – magistratura; Üçüncü tsikl – doktorantura.

İdman İdman oyunları içərisində Uelsdə ən geniş yayılan növü futboldur. Atletizm, reqbi, velosiped, boks ən müvəffəqiyyətli idmanlarıdır.

Dövlət bayramları və xüsusi günlər

Rəsmi BayramTarixYeni İl Günü1 yanvarYeni İl Bayramı2 yanvarYaxşı CüməXristian təqvimi ilə dəyişir.May Günü1 mayYaz BayramıMayın son Bazar ertəsiYay BayramıAvqustun birinci Bazar ertəsiMilad25 dekabrBaksinq Günü26 dekabr

İstinadlar

* Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Ada dövlətlər