Zindanmuruq — Azərbaycan Respublikasının Qusar rayonunun Zindanmuruq kənd inzibati ərazi dairəsində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi.

Toponimikası Zindan–Muruq oyk., miir. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır. Vaxtilə Azərbaycana köçmüş əhali əvvəlki yaşayış məntəqəsinin adını yeni kəndə vermişdir. Rayon ərazisində Böyük Muruq adlı kənd də var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 807 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı:2010, səh.629

Sixillər

Muruğar xele(klan) daxil kəndəki sixillər (sept, soylar):

K’emeçar K’uruşar Mehenar Xasiyar Yakubar Tataxar

Təhsilin vəziyyəti Zindan–Muruq kənd tam orta məktəbi 2013-cü ildə yenidən tikilərək şagirdlərin və müəllim heyətinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Qusar rayonu Zindan–Muruq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .

Mədəniyyəti Kənd klubu, kitabxanası fəaliyyət göstərməkdədir. Hər il mart ayının ortalarında Novruz bayramı qabağı məktəb uşaqları konsert proqramı ilə çıxış edirlər.

Din Kənd ərazisində yerləşən köhnə məscidin yerində 2013-cü ildə xarici görünüşü eyni olmaqla yeni məscid inşa olunmuşdur. Yenidənqurulmuş məscidin yerindəki əvvəlki məscid 1825-ci ildə tikilmişdir. SSRİ dövründə anbar kimi istifadə olunmuşdur. Məsciddə eyni vaxtda 150 nəfər ibadət edə bilərSumqayıtda yşayan iş adamı məscid tikdirib .

Dili Kənddə ləzgilər yaşayır. Bu səbəbdən ana dilləri ləzgi dilidir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax Zindanmuruqqışlaq Qusar rayonu

Kateqoriya:Qusar rayonunun kəndləri