Bolqarıstan—Ermənistan münasibətləri — Bolqarıstan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə arasında diplomatik əlaqələr 18 yanvar 1992-ci ildə qurulur. Ermənistanın Sofiyada, Bolqarıstanın isə İrəvanda səfirliyini vardır. Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tam hüquqlu üzvləridir. Tarixi Bolqarıstan tarixindəki ilk ermənilər Birinci Bolqar Krallığının qızıl dövründə xatırlanılırTHE ARMENIAN COMMUNITY IN BULGARIA . Bolqarıstan tarixinin ən məşhur şəxslərindən biri olan Çar Samuil yarı erməni idi. Bolqarıstan dövlət xadimləri dərin tarixi və mədəni əlaqələri, rəğbət və qarşılıqlı hörməti, eyni zamanda ortaq bir taleyi vurğulayırlar«Болгаро-армянские отношения развиваются по восходящей» / АравотВ Ереване прошли армяно-болгарские переговоры, подписаны документы / Радио Азатутюн. Bolqarıstanın dövlət xadimləri isti, mehriban münasibətləri və onların effektivliyini qeyd edirlərАрмяно-болгарские отношения развиваются результативно - спикер армянского парламента / АМИ“Армяно-болгарские отношения базируются на хорошей исторической дружбе” / Новое Время.

Ermənistanın hər üç prezidenti Bolqarıstana rəsmi səfərlər etmişdir. Qarşılıqlı səfərlər də Bolqarıstan prezidentləri və baş nazirləri tərəfindən edilmişdir. Bolqarıstanın sahil şəhəri Varna, Ermənistan vətəndaşları üçün məşhur turizm yeridir.

2007-ci ildə Bolqar Pravoslav Kilsəsinin Sinodu 1915-ci il hadisələrini soyqırım kimi tanıyırСинод Болгарской Православной церкви впервые назвал события 1915 года Геноцидом / Panarmenian. 2015-ci ildə Bolqarıstan rəsmi olaraq Qondarma Erməni Soyqırımını tanımışdır.

Ermənistan ilə Bolqarıstan arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Ermənistan-Bolqarıstan hökumətlərarası komissiyası fəaliyyət göstərir. Son 8-ci iclas 12-13 mart 2019-cu il tarixlərində İrəvanda baş tutur. Bu zamanda Ermənistan-Bolqarıstan biznes forumu keçirilirБолгарский министр: Уровень армяно-болгарского сотрудничества в экономической сфере по-прежнему неудовлетворителен / Arminfo. Ermənistandan Bolqarıstana ixracat 2017-ci ildəki 286.204 dollardan 2019-cu ildə 215.270 dollara düşmüşdür. Bolqarıstandan Ermənistana ixracat isə bu müddət ərzində 40.438 dollardan 43.771 dollara yüksəlmişdir. Ermənistan Bolqarıstana əsasən kimyəvi maddələr, metal qırıntıları və xammal ixrac edir, Bolqarıstan isə Ermənistana əsasən mineral maddələr, yarımfabrikat qida, kauçuk və xammal ixrac edir. Bolqarıstandakı erməni diasporu 2011-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 6552 nəfər erməni yaşayır. Bu göstərici ilə Bolqarıstanda dördüncü böyük milli azlıqdır. Erməni xalqının milli qəhrəmanları bolqar xalqının azad edilməsində fəal iştirak emişlər. Hazırda Bolqarıstanda təxminən 30.000 erməni əsilli insan yaşayır. Bolqarıstandakı erməni icması yalnız milli kimliyini qorumuş, eyni zamanda mədəni və elmi həyatda təmsil olunan Bolqarıstan cəmiyyətinə olduqca yaxşı və təsirli şəkildə inteqrasiya olunmuşdur. Diasporanın bir sıra qeyri-hökumət təşkilatları, eləcə də erməni kilsələri fəaliyyət göstərirАРМЯНСКАЯ ОБЩИНА БОЛГАРИИ / Фонд Нораванк.

İstinadlar

Kateqoriya:Ermənistanın ikitərəfli əlaqələri Kateqoriya:Bolqarıstanın ikitərəfli əlaqələri