Piter van der Aa (; ) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən Mərakeş və Madaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransız və holland dillərində çap olunmuşdur.
Həyatı Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi.
Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır. Onun Leydenin ən məşhur çapçısı olmaq arzusu 1715-ci ildə şəhərin və universitetin mətbəəsinin rəhbəri olandan sonra həqiqətə çevrilir.Voyages tres-curieux & tres-renommez faits en Moscovie, Tartarie et Perse Piter van der Aa tərəfindən hazırlanan ən böyük kolleksiyalardan biri İtaliya və Siciliya tarixi ilə maraqlanır. Kolleksiyalarının bir çoxunun məsuliyyətini öz üzərinə götürsə də, onun Holland Şərqi və Qərbi Hindistan Səyahət Kolleksiyası kimi bəzi əsərləri başqalarının işində sadə təkmilləşdirmələr olduğu etiraf edilir.
Qalereya
Buraxılışları Nouvel Atlas Galerie Agréable du Monde (1728) Schipvaart door de straat en Zuyd Zee gedaan om de gantsen aardkloot, Leyden, 1706–1708 (16 × 23,2 cm) Zeetogten door Thomas Candys na de West Indiën, en van daar rondom den gantzen aardkloot gedaan. Deel van Amerika. Door C. Kolumbus in zyn, Leyden, 1706–1708 (16 × 23,6 cm) Amerika of de Nieuwe Weereld Aller eerst Door C. Kolumbus, Leyden, 1705 New Engeland in twee Scheeptogten door John Smith, Leyden, 1705 De voor Eylanden van America. Florida, New Mexico, Leyden, 1705 'T Vaste Land van Darien ten Zuiden Cuba en Hispaniola Gelege, Leyden, 1705 Cuba en Jamaica, soo als die door Kolombus.., Leyden, 1705 Reys togt door Thomas Coryat van Jerusalem, Leyden, 1705 De zee en land-reysen vandenridder Hendrik Blunt, Leyden, 1705 Melite Insula vulgo Malta, Leyden, 1712 Valetta Civitas Nova Maltae olim Millitae, Leyden, 1712
İstinadlar
Xarici keçidlər
Paradisus Batavus
Kateqoriya:Niderland coğrafiyaşünasları Kateqoriya:Niderland naşirləri