Məmmədkazım Ələkbərli () — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934).
Həyatı Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934).
ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Maarif Yolu" jurnalında, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində baş redaktor olmuşdur.
21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir.
Əsərləri "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Bakı Dövlət Universitetinin rektorları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:Azərbaycan publisistləri