Taziyanə — klassik poeziyada satirik şeir şəkillərindən biri.

Taziyanə əsasən 2-5 misradan ibarət olur. Onlarda cəmiyyətdəki və əxlaq tərzindəki hər hansı qüsur çox müxtəsər və kəskin şəkildə ifşa olunur.Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.473Azərbaycan poeziyasında taziyanələrin klassik nümunələrini Mirzə Ələkbər Sabir yaratmışdır: Axşam olcaq uçeniklər hərə bir madmazelin, Keçirib qol-qoluna küçədə cövlan ediyor, Sonyalar bunları tədris edəcəkmiş, əcəba, Uçitellər dəxi məktəbdə nə meydan ediyor?

İstinadlar

Mənbə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Kateqoriya:Azərbaycan ədəbiyyatı