Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi.
Zəmin
thumb|left|Varşava Böyük Hərəkəti zamanı qatarlara minməyə məcbur edilən yəhudilər.
Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi. 1939-cu ilin sentyabrında Nasist Almaniyasının Polşaya hücum və işğal etməsi ilə yəhudilər antisemit qanunlara tabe olmağa məcbur qalırlar. 1941-ci ildə 460 min yəhudi şəhərin yalnız 2,4%-ni təşkil edən Varşava gettosuna məcburi formada köçürülür. Rəsmi qida rasionu adambaşına gündəlik yalnız 180 kalori idi. Şəhərin "ari" tərəfində yaxalanmanın ölüm hökmü ilə cəzalandırılan bir cinayət olmasına baxmayaraq, insanlar qaçaqmalçılıq etməklə və qanunsuz emalatxanalar işlədərək sağ qalırlar.
1942-ci ilin ortalarında Varşava gettosundakı yəhudilərin əksəriyyəti Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Yəhudi Mübarizə Təşkilatı 1943-cü ilin yanvarında, almanların yenidən bir deportasiya prosesinə başladıqları zaman nasistlərə qarşı silahlı müqavimət göstərir. Yəhudilər sığınacaqlar qazmağa və gettoya silah qaçaqmalçılığı etməyə başladılar. 19 aprel 1943-cü il tarixində SS və polis rəhbəri Yurgen Ştropun komandanlığı altında təxminən 2 min əsgər oranı ləğv etmək üçün tanklarla gettoya daxil olur. Onlar zəif silahlanmış yəhudi üsyançıları tez bir zamanda məğlub edəcəklərini gözləyirdilər. Amma bunun əvəzinə, Holokosta qarşı ən böyük yəhudi müqaviməti olan Varşava gettosu üsyanı dörd həftə davam edir. Almanlara verilən tapşırıq gettonu yandırmaq, sığınacaqlara zəhərli qaz dolduraraq və partlayışlar törədərək yəhudiləri oradan çıxarmaq, yəhudiləri umşplaqplatsa yürütmək, daha sonra isə onları Maydanek həbs düşərgəsinə, ya da Treblinka ölüm düşərgəsinə deportasiya etmək idi. ABŞ-da yerləşən Holokost Memorial Muzeyinə görə, "ümidsiz görünən bu mübarizə … yəhudi xalqının tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olur".
Üsyanın yatırılması zamanı Ştrop Krakov şəhərində yerləşən ali SS və polis rəhbəri Fridrix Vilhelm Krügerə gündəlik icmallar göndərir. 689-cu propaqanda kampaniyası və Frans Konrad hadisələri sənədləşdirmək üçün fotoşəkillər çəkir. Henrix Himmler üçün şəxsi bir suvenir olan "Ştrop raportu" kimi alman hərəkətlərinin xülasəsi ilə birlikdə seçilmiş fotoşəkillər və icmallar tərtib edilir. Raportun tərtib edilmə məqsədi Ştropun komandir kimi səmərəliliyini təbliğ etmək və gettonu tez bir zamanda təmizləməməsinə bəhanə göstərmək idi. Raport üsyanın yatırılmasında iştirak edən SS hərbçilərinin, xüsusən də yəhudi döyüşçülər tərəfindən öldürülən on altı əsgərin guya göstərdikləri qəhrəmanlıqları xatirəsini əbədiləşdirirdi. Üsyan zamanı 7 mindən çox yəhudi güllələnir. Onların əksəriyyəti qeyri-sıravilər idi.
Raportun orijinal adı "Varşavada artıq yəhudi məhəlləsi yoxdur!" () idi. Nasist propaqandasını əks etdirən raport yəhudiləri insanlıqdan çıxarır, onları "quldurlar", "bitlər" və ya "siçovullar" olaraq, sürgün və qətlləri isə "təmizləmə əməliyyatı" olaraq xarakterizə edir. Raporta görə, yəhudilər öldürülmək və ya qətl edilmək əvəzinə, "məhv edilir". Raportun üç nüsxəsi Himmler, Krüger və Ştrop üçün hazırlanmışdır. "Ştrop raportu"nun bir nüsxəsi Varşava şəhərində yerləşən Milli Xatirə İnstitutu (MXİ) tərəfindən saxlanılır. Fotoşəkil nəticədə məhkəməyə göstərilməsə də, başqa bir nüsxə Nürnberq prosesində sübuta yetirilir. Bu nüsxə Amerika Birləşmiş Ştatlarının Milli Arxivlər və Qeydlər İdarəsi (MAQİ) tərəfindən saxlanılır.
Fotoşəkil
Fotoşəkil Varşava gettosunda baş vermiş Varşava gettosu üsyanı (19 aprel–16 may tarixləri) zamanı çəkilmişdir. "Marki Şəhərətrafı Dəmiryolu" Varşavanın Qalıqlarını Müdafiə Assoasiyasının bir internet forumu müzakirəsində memarlıq detallarındakı oxşarlıqlardan, xüsusən də navalçadan ehtiyatla yerin Novolipiye küçəsi 34 ünvanı olduğunu müəyyən etmişdir. Bu iddialar 2018-ci ildə Maqdalena Kiçinska və Marchin Ceciç tərəfindən polyak dilində yazılan "İndi 43" () kitabında müzakirə olunur. Fotoqraf ya Frans Konrad, ya da 689-cu propaqanda kampaniyasının bir üzvü idi. Albert Kuzian, Erhard Yozef Knoblax və Artur Qrimm 689-cu propaqanda kampaniyasında fotoqraf kimi çalışdılar. Kuzian fotoşəkilin müəllifi olduğunu iddia etmiş ola bilər. Polşada mühakimə olunan Konrad fotoşəkili sadəcə Adolf Hitlerə Ştropun üsyan zamanı törətdiyi vəhşiliklərdən şikayət edə bilməsi üçün çəkdiyini iddia edir, məhkəmə isə bu iddianı qəbul etmir. Yeddi yəhudini şəxsən öldürməklə və mindən çox yəhudini ölüm düşərgələrinə sürgün etməklə təsqirlənən Konrad edam cəzasına məhkum edilir. O, 1952-ci ildə edam olunur.
Fotoşəkildə silahlı alman əsgərləri tərəfindən sığınacaqdan zorakı şəkildə çıxarılan bir qrup yəhudi kişi, qadın və uşaq əks olunur. Fotoşəkilin orijinal yazısı "Zorla sığınacaqlardan çıxarıldı"dır (). Burada yəhudilərin əksəriyyəti cır-cındır paltar geyinir və özəl əşyaları azdır. Onlar sığınacaqdan çıxarıldıqdan sonra umşplaqplatsa yürüdülürlər, daha sonra isə bir ölüm düşərgəsinə deportasiya edilirlər. Fotoşəkilin mərkəzində alt, ya da yeddi yaşında görünən, qəzetsatan papağı və dizinə qədər uzanan corab geyinmiş balaca bir oğlan var. SS-rottenfürer Yozef Blöşe öz avtomatını uşağa doğru yönəldir, uşaq isə təslim olmaq üçün əllərini yuxarıda tutur. Fotoşəkildə bir çox qarşı-qarşıya qalma halı əks olunub. Riçard Raskinin qeyd etdiyi kimi: "SS yəhudilərə qarşı, cinayətkarlara qarşı qurbanlar, hərbçilər mülki şəxslərə qarşı, güc çarəsizliyə qarşı, silah üzərindəki hədələyici əllərə qarşı təlsim olmaq məqsədilə yuxarıya qaldırılmış boş əllər, polad dəbilqələr çılpaq başlar və ya yüngül papaqlara qarşı, qarmaqarışıqlıq qorxuya qarşı, təhlükəsizlik əzaba qarşı, kişilər qadınlar və uşaqlara qarşı". Frederik Russoya görə, Ştrop fotoşəkili raporta daxil etməyi yəqin ki, bunun onun yəhudi-xristian mənəviyyatını aşmağı və onun günahsız qadın və uşaqlara hücum etmək qabiliyyətini göstərdiyi üçün seçmişdi.
Kimliklər
Oğlan Fotoşəkildəki oğlan olduğu iddia edilən bir neçə şəxs var. Lakin oğlanın kimliyi məlum deyil. Təklif olunan iddiaçıların hamısının hekayələri fotoşəkil haqqında bilinən faktlarla ziddiyyət təşkil edir. Oğlan, ehtimal ki, on yaşından kiçik idi. Çünki qolunda Davud ulduzu sarğısı yoxdur. Fotoşəkil üzərində araşdırma aparan Yivo Yəhudi Araşdırmaları İnstitutu əməkdaşı tarixşünas Lüsian Dobroşitski demişdir ki, "Holokostun ən dramatik hadisəsinin bu fotoşəkili tarixçilərdən demək olar ki, digər fotoşəkillərdən daha böyük bir məsuliyyət tələb edir … bu, insanların bununla istədiklərini etməsinə icazə vermək üçün çox müqəddəsdir".
Artur Domb Semontek (Loviç, 1935) — fotoşəkildəki oğlan olduğu iddia edilən ilk şəxs. İddia 1950-ci ildə irəli sürülüb. Semontek varlı bir ailədən gəlirdi və onun atası Loviç gettosunun yudenratının bir üzvü idi, hansı ki, 1941-ci ildə Varşavaya köçürülür. Semontek yaxın qohumu və Varşava sakini olan Yadviqa Pesetskaya 1939-cu ilin sentyabrında həyat yoldaşı ilə SSRİ-yə qaçır. Onlar holokostdan xilas olurlar və 1970-ci illərdə Semontekin fotoşəkildəki oğlan olduğuna dair izahat imzalayırlar. 1999-cu ildə yaşlı Avraam Zeylinvarger İsraildəki Getto Döyüşçüləri Evinə demişdir ki, şəkildəki oğlan onun 1932-ci il təvəllüdlü oğlu Levi Zeylinvargerdir. Avraim 1940-cı ildə SSRİ ərazisinə qaçır. Amma onun həyat yoldaşı Xana, oğlu və qızının holokost zamanı həlak olduqları güman edilir. Riçard Raskin özü şəxsən Zeylinvargerin iddialarına şübhə ilə yanaşırdı. Buna səbəb Levi ilə şəkildəki oğlan arasındakı oxşarlığın olmamasıdır. 1978-ci ildə İsrail Rondel "The Jewish Chronicle" verdiyi müsahibədə bildirmişdir ki, fotoşəkildəki oğlan məhz özüdür. Lakin o, fotoşəkilin 1941-ci ildə çəkildiyini qeyd etmişdir. Həmçinin, Rondelin digər iddiaları da bilinən faktlarla uyğunlaşmadığından onun iddiası qəbul edilməmişdir. thumb|Nussbaumun pasport üçün 1945-ci ildə çəkilmiş fotoşəkili. Tsvi Çaym Nussbaum (1936–2012) — fotoşəkildəki oğlan olması iddiasına ən uyğun olan şəxs. O, Təl-Əviv şəhərində anadan olsa da, İkinci Dünya müharibəsi başlamazdan əvvəl ailəsi ilə birlikdə Polşaya köçür. O, Varşavanın "ari" qismində gizlənərək sağ qalmışdır. Özü və ailəsi Fələstin vizalarına sahib olduğundan onlar "Polski" oteli tələsinə düşdülər. Almanlar bu zaman işğal altındakı Avropadan etibarlı bir şəkildə çıxmağı vəd etdilər. Nussbaum 1945-ci ildə Bergen-Belsen həbs düşərgəsindən amerikan əsgərlər tərəfindən azad edilir. O, 1982-ci ildə qeyd edir ki, 13 iyul 1943-cü il tarixində "Polski" oteli qarşısında saxlanılır və fotoşəkildə əks olunduğu kimi əllərini yuxarıya qaldırmağa məcbur edilir. Bəzi yəhudi təşkilatlar bu iddianı irəli sürüldüyü zaman tənqidsiz şəkildə qəbul etsələr də, Nussbaumun fotoşəkildəki oğlan olması mümkün deyil. Nussbaum özü belə heç vaxt kimlik məsələsində dəqiq olduğunu iddia etməmişdir. O, demişdir: "Düşünürəm ki, bu mənəm, amma dürüstcə and içə bilmərəm. Bir milyon yarım yəhudi uşağdan əllərini yuxarıya qaldırmaq tələb edilmişdi". Dobroşitski Nussbaumun iddiası ilə fotoşəkil haqqında bilinənlər arasındakı uyğunsuzluğa diqqət çəkmişdir. "Ştrop raportu"ndakı bütün şəkillərin Varşava gettosunun daxilində çəkildiyi fərz edilir. Lakin "Polski" oteli gettonun içərisində yerləşmir. Fotoşəkildə küçə əks olunur. Fəqət "Polski" oteli önündəki bütün məcburi toplaşmalar həyətdə baş tuturdu. Fotoşəkildə yəhudilərin əksəriyyəti ağır paltar geyinir. Bu fakt fotoşəkilin iyul ayında çəkilmədiyini göstərir. Onlar şəhərin "ari" tərəfində gizləndikləri halda taxmayacaqları qol sarğıları taxırlar. Almanlar "Polski" oteli önündəki məcburi toplaşmalarda ehtiyacları olmayacaqları döyüş formaları geyinirlər. Bundan əlavə, Nussbaum "Ştrop raportu"nun Himmlerə çatdırılmasından təqribən bir ay sonra həbs olunur. Həmçinin, Corciya Universitetinin məhkəmə antropoloqu K. R. Börns Nussbaumun 1945-ci ildə çəkilən fotoşəkili ilə Varşava gettosundakı oğlanın fətəşəklini müqayisə etmiş, Nussbaumun fotoşəkildəki oğlandan fərqli olaraq, ayrılmış qulaq seyvanlarına malik olduğu müəyyən etmişdir.
Digər şəxslər Qolda Şulkesin dediyinə görə binadan birbaşa oğlanın arxasında çıxan qadın Qolda Stavarovska idi ki, Şulkes özünü Stavarovskanın nəvəsi kimi təqdim etmişdir. Çiynində ağ çantası ilə gəzən oğlanın onun bacısı olduğunu iddia edən Hana İçenqrin tərəfindən qdansklı Aron Leyzer (Lev) Kartuzinski olduğu müəyyən edilmişdir. (Photograph Number: 26543) Eyni şəxsin Harri-Haym Nişauer olduğu da irəli sürülmüşdür. Holokostdan xilas olan Polşa əsilli ABŞ vətəndaşı Ester Qrosband-Lamet sol tərəfdən ön plandakı kiçik qızın Maydanek həbs düşərgəsində öldürülən qardaşı qızı Xanna (Hanka) Lamet (1937–1943) olduğunu söyləmişdir. Bu halda, şərf taxan qadın Hankanın anası, Moşe Lamet ilə evli Matilda Qoldfinger-Lamet və ya Matilda Lamet Qoldfinger olur. Ailə Varşavadan idi.
thumb|right|upright=0.6|Blöşə həmin fotoşəkildə.