Əfsər Bayram oğlu Cavanşirov () — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982).
Həyatı Əfsər Bayram oğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdir. Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 1952-ci ildə texnikumu tamamlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuşdur. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir.
Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Əfsər Cavanşirov 2006-cı il mayın 20-də Bakı şəhərində 75 yaşında vəfat edib.
Əfsər Cavanşirovun əsərləri BSO üçün 7 simfoniya, poemalar, akapella xoru üçün əsərlər, uşaq xoru üçün əsərlər və s.
Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 may 1972Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982Respublikanın musiqi sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı
İstinadlar
Kateqoriya:Cavanşirlər Kateqoriya:Horadizdə doğulanlar Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan bəstəkarları