Cəlaləddin Mirzə Heydər xan Baranlı və ya digər adı ilə Şüca-üd-Dövlə (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Qaraqoyunlu sülaləsinin üzvü, Aud nəvvabı və Subedarı. Cəlaləddin Mirzə 5 oktyabr 1754-cü ildən 1775-ci ilin yanvarına qədər Böyük Moğol imperiyasının baş vəziri olmuşdur.

Cəlaləddin Mirzə Heydər Xanın soykökü Azərbaycan türklərinin bir hissəsini təşkil edən Qaraqoyunlulara çıxmaqdadır. Onun əcdadları Qaraqoyunlu dövləti süqut etdikdən sonra tədricən Hindistana yayılmış və orada mühüm işlər həyata keçirmişdirlər.

Həyatının erkən dönəmi Şüca-üd-Dövlə Böyük Moğol imperatoru Əhməd Şah tərəfindən baş vəzir seçilmiş Səftər Cəngin oğludur. Atası Səfdər Cəngdən fərqli olaraq Şüca-üd-Dövlə erkən yaşlarından etibarən özünə tabe olan şəxsləri gözəl şəkildə idarə etmə bacarığına görə tanınmaqda idi və bu bacarıq sayəsində o, tədricən yüksəlmiş, sonda II Şah Aləm tərəfindən baş vəzir təyin edilmişdir. O, özünün hündürlüyünə və cüssəsinə görə digər insanlardan seçilirdi.

Şüca-üd-Dövlə dəfələrlə moğollar arasında məşhur türkman kökənli şəxslərdən biri olan Əliverdi xana yardım etmişdi. Benqal nəvvabı olan Əliverdi xanın əraziləri I Raghoki Bhonsle tərəfindən yağmaçı yürüşlərə məruz qalarkən ona yardımlar edirdi. Buna görə də, Şüca-üd-Dövlə Əliverdi xanın qulluqçuları arasından yüksək hörmətə sahib idi. Şüca-üd-Dövlə və 10 oğlunun portreti.|thumb Polkovnik Karnak ilə görüşərkən Şüca-Üd-Dövlənin düşərgəsi.|thumb thumb|Allahabad müqaviləsini imzaladıqdan sonra geri dönən II Aəm Şahın ordusu. thumb|Şüca-üd-Dövlənin mahoutu rəsm edilmiş qravür (1772-ci il). Məhərrəmlik ayı münasibətilə keçirilmiş yürüş, Feyzabad, 1722.|150px|thumb

Aud nəvvablığı Atası və bir zamanlar Böyük Moğol imperiyasının baş vəziri olan Səfdər Cəngin 1753-cü ildə ölümündən sonra Şüca-üd-Dövlə moğol imperatoru Əhməd şah Bahadur tərəfindən növbəti Aud nəvvabı olaraq rəsmi şəkildə tanındı.

Şüca-üd-Dövlə, rejimi Sadaşivrao Bhaunun dəstəyi ilə Sikandarabad döyüşündən sonra yaranan Maratha İmperiyasının müttəfiqi İmad-uü-Mülkə xor baxırdı. İmüd-ül-Mülk Əhməd şahı və anasını kor edib, həbsə atmış, onun yerinə isə II Aləmgiri taxta çıxarmışdı. II Aləmgir və oğlu Şahzadə Əli Gövhər tez-tez Əhməd şah Dürrani ilə formalaşan sülh şəraitini pozmağı rədd etdikləri üçün İmad-ül-Mülk tərəfindən təzyiqlərə məruz qalırdılar. Öz növbəsində şah və şahzadə İmad-ül-Mülkün istefa verməsini istəyirdilər. Bunun əsas səbəbi baş vəziri maratxlarla olan əlaqələri idi.

Şüca-üd-Dövlənin şəxsi mülklərindəki süvarilər əsasən Şeyxzadilərdən toplanmaqda idi. Şeyxzadilər Qidvay tayfasından çıxmışdılar və çoxları tərəfindən müasir Hindistan-Pakistan bölgəsinə gəlmiş ilk müsəlmanların varisləri hesab edilirdilər. Qidvaylar özləri Bəni İsraildən törədiklərini iddia etməkdə idilər. Qidvayların Bilqram seyidləri, Qara-Mənikpur, Kakori şeyxləri və Barha seyidləri kimi tirələri Şüca-üd-Dövlənin sarayında saray məmurları və döyüşçülər kimi xidmət edirdilər. Onun ordusunda ən sayılıb-seçilib bölmə Naval Rainin dəstəsi idi və Baray seyidlərindən toplanmaqda idi. Eyni zamanda Bilqramilər də buranın bir hissəsi idi. Bu tirələr döyüşçü və ya məmur seçimi etməkdən başqa heç bir peşəyə yönəlmirdilər. Şüca-üd-Dövlənin atası Səfdər Cəngin dövründə ordunun sayı 20 min nəfərə çatırdı. Onun ordusunun çoxu Kəşmirin Cadibal bölgəsindən toplanan hisduntanilərdən ibarət idi. Bu döyüşçülər Səfdər Cəngin istəyi ilə Səfəvi imperiyasındakı Qızılbaş ordusu kimi geyinir və onları yamsılayırdı. Həmçinin, Aud nəvvabllğı eyni zamanda şiə dövləti olduğu üçün bütün imperiyadakı şiələr buraya axın edirdilər. Bunun səbəbi digər yerlərdəki təzyiqlərdən qurtulmaq, həm də Saraydan himayəçilik almaq idi. Bu, xüsusən Kəşmirin Cadibal bölgəsinə aid idi. Buradakı hamı şiə idi və onlar Aud nəvvablığına Hindistan şiəliyinin qılıncı kimi baxırdılar.

Böyük Moğol imperiyasının baş vəziri olması Moğol imperiyasının şahzadəsi Əli Gövhər nəticədə imperator II Aləmgirin öldürülməsinə yol açacaq sui-qəsddən xəbər tutduqda Dehlidən qaçdı. Şüca-üd-Dövlənin yanına qaçan Şahzadə Əli onun tərəfindən xoş qarşılandı və Şüca-üd-Dövlə ona öz himayəsini elan etdi. Əli burada özünü II Şah Aləm adı ilə imperator elan etdi və Şüca-üd-Dövlənin də onun baş vəziri olduğunu bəyan etdi. Onlar birlikdə Moğol imperiyasının böyük hissəsini talan edən Sadaşivrao Bhau və onun qüvvələri tərəfindən Moğol imperiya taxtına qoyulmuş qəsbkar III Şah Cahana meydan oxudular.

II Şah Aləm moğol imperiyasının şərq bölgəsini ələ keçirən Mir Cəfərin üzərinə hücum etmək tövsiyə olundu. Bu hücumla həm imperiyanın şərq torpaqları geri qaytarılmalı, həm də Böyük Britaniyanın Şərqdi Hindistan Şirkəti tərəfindən dəstəklənən Mir Cəfər məğlub edilməli idi. Bu zaman Şüca-üd-Dövlə, Nəcib-ül-Dövlə və Mirzə Cavan bəxt özləri Əhməd şah Dürrani ilə ittifaq halında idilər. Onlar 1760-cı ildə İkinci Sikandarabad döyüşündə öz qüvvələri ilə ona yardım etmiş, bundan sonra da Üçüncü Panipat döyüşündə 43 minlik moğol ordusuna komandanlıq edərək Dürraniyə kömək etmişdilər.

Üçüncü Panipat döyüşü Moğol imperatoru II Aləmgirin öldürülməsindən sonra paytaxtdan qaçmağa məcbur olan oğlu Əli Gövhər Şüca-üd-Dövlə tərəfindən çox xoş qarşılandı. Aud nəvvabı və yenicə Böyük Moğol imperatorunun baş vəziri təyin edilmiş Şüca-üd-Dövlə Şahzadə Əli ilə razılaşmaya gəldi. Razılaşmaya əsasən o, Nəcib-üd-Dövlə Maratx imperiyasını devirmək üçün mübarizədə başlayacaqlar, bunun qarşılığında Şahzadə Əli də moğol imperiyası ordusunun yerdə qalan qismi ilə onların Benqalıyada genişlənməkdə olan Şərqi Hindistan Şirkətinə qarşı mübarizələrində onlara yardım edəcəkdi.

Dürranilərlə maratxların konfliktə girməsindən sonra müharibənin yaxınlaşması dəqiq idi. 1759-cu ildə Əhməd şah Dürrani əsas nüvəsi qızılbaşlardan olan, eləcə də pəştunların, kürdlərin və özbəklərin də daxil olduğu ordusu ilə hərəkətə keçdi. alt=Plan of the Third Battle of Panipat based on Kashiraj Pandit's memoirs|thumb|Kaşi Racanın təsvirinə görə Üçüncü Panipat döyüşünün planı.|left

Bu döyüş 14 yanvar 1761-ci ildə Dehli şəhərinin təxminən 97 kilometr şimalında yerləşən Panipat məntəqəsində baş vermişdir. Döyüşün əsas tərəfləri Əhməd şah Dürraninin komandanlıq etdiyi əfqanlarla maraxt konfederasiyası idi. Əfqanların Hindistan daxilindən 3 əsas müttəfiqi var idi — Rohilla tayfa rəislərinin dəstəyini qazanmış Nəcib əd-DÖvlə, moğolların zəifləyən hissələri və Şüca-üd-Dövlə. Maratx ordusuna Sadaşivrao Bhau komandanlıq edirdi. Bu döyüş XVIII əsrdə baş vermiş ən böyük döyüşlərdən biri hesab edilir.

Döyüş ümumilikdə bir neçə gün davam etmiş və 125 min döyüşçü iştirak etmişdir. Sonda Şüca-üd-Dövlənin də olduğu ittifaq qalıb olmuş, bir neçə maratx cinahını dağıtmışdır. Döyüşən tərəflərin itkiləri barədə qaynaqlarda ziddiyyətli məlumatlar vardır. Lakin onların arasından ən etibarlı olanı və döyüşü şəxsən görmüş müəllif Şüca-üd-Dövlənin baxarı Divan Kaşi Racədir. O, yazır ki, döyüşdən bir gün sonra ələ keçirilmiş olan 40 min maratx döyüşçüsü qətlə yetirilmişdir. Həmçinin, müəlliflərdən biri olan Şejvalker yazır ki, döyüşdə ən azı 100 min maratx öldürülmüşdür. Ölənlərin sırasına həm döyüş zamanı, həm də döyüşdən sonra öldürülənlər də daxildir.

Döyüşdən əvvəl hər iki tərəf Şüca-üd-Dövləni öz tərəfinə çəkmək üçün çalışdı. Bu döyüşdən əvvəl Şüca-üd-Dövlə hansı tərəfdən çıxış etməli olduğu məsələsində əmin deyildi. Maratxlar o zaman hələ xeyli cənubda idilər və Şüca-üd-Dövlənin əyalətinə çatmaq üçün onlara xeyli vaxt lazım olmalı idi. Onun anası isə Şüca-üd-Dövlənin maratxlarla ittifaq bağlamalı olduğunu məsləhət görürdü və fikirlərini bundan əvvəl maratxların Şüca-üd-Dövlənin atası Səfdər Cəngə dəfələrlə yardım etməsi ilə əsaslandırırdı. Lakin sonda Şüca-üd-Dövlə əfqan hökmdarı və Nadir şah Əfşarın keçmiş komandirlərindən olan Əhməd şah Dürraniyə qatılmaq qərarına gəldi. 1760-cı ilin iyulun sonlarında Şüca-üd-Dövlə qərarını verdi və Əfqan-Rohilla ittifaqına qatılmağı seçdi. O, bu ittifaqa qatılmaq istəyini Əfqan-Rohilla ittifaqını "İslam ordusu" kimi dəyərləndirməsi ilə əsaslandırmışdı. Tarixçilər Şüca-üd-Dövlənin bu seçimi döyüşün taleyində həlledici rol oynadı. Çünki o, Şimali Hindistanda uzun müddət keçirməyə məcbur olmuş əfqan ordusuna lazimi maliyyə yardımını təmin etdi. Hətta iddia edilir ki, Şüca-üd-Dövlə onlara yardım təmin etməsəydi əfqanlar geri dönməyə məcbur olacaqdılar. Döyüşün nəticəsinin müəyyən edilməsində Şüca-üd-Dövlənin Şimali Hindistanı yaxşı tanıması, oradakı hindu krallıqları ilə qurduğu uğurlu diplomatik əlaqələr mühüm rol oynamışdır. Şücanın Üçüncü Panipat döyüşünə kiminlə müttəfiq kimi qatılacağı ilə bağlı qərar verməsi müharibənin nəticəsini təyin edən həlledici amillərdən biri idi, çünki əfqanların Maratxların təchizat xətlərini kəsməsi səbəbiylə ərzaq çatışmazlığı meydana çıxdı, və maratxlar günlərlə davam edən döyüşə davam gətirə bilmədilər. Onların qüvvələri aclığa və günəşin altında döyüşməyə görə zəif düşdü. Moğol imperiyasının seçilmiş baş vəziri kimi Şüca-üd-Dövlə döyüşdə moğol sepoylarının böyük bir hissəsinə komandanlıq etmişdi. O, maratxların təminat yollarını kəsməyi bacardı, daha sonra bir ençə açıq meydan toqquşmasında da maratx birləşmələrini darmadağın etdi və maratx lideri Sadaşviro Bhaunu meydan qovdu.

Abdali Şüca-üd-Dövə barədə bunları yazırdı:

İndi heç şübhəsiz məlumdur ki, müraciət edən şəxs həmin bölgələrin sakinidir, lakin o, öz doğma yurdunun söhbətindən və ədəb-ərkanından əl çəkərək Hindustanın sakinləri ilə birləşib. Nə baş veribsə, tamamilə doğrudur. Nə olubsa, olmuşdur; gələcək, Allahın lütfü ilə bəxtəvər olacaqdır.

Buxar döyüşü Şuca həmçinin Buxar döyüşündəki rolu ilə tanınır, bu döyüş Hindistan tarixində ən əhəmiyyətli döyüşlərdən biri kimi qiymətləndirilir. Bu döyüşdə o, moğol hökmdarı II Şah Aləm və Benqal hakimi Mir Qasım ilə birlikdə Böyük Britaniyanın Şərqi Hindistan Şirkətinə qarşı döyüşmüşdür. Belə ki, britaniyalılar Benqal hakimini dəyişdirərək özlərinə yaxın şəxsi hakimiyyətə gətirmiş, bu addım Şüca-üd-Dövlə tərəfindən qəti şəkildə rədd edilmişdir. O, britaniyalılarla çox sərt bir məktub göndərmiş və Mir Qasımı müdafiə etmişdir. Məktubda Şüca-üd-Dövlə britaniyalılara daxili məsələlərə qarışmağa hüquqlarının olmadığı xatırladılmış və onlara verilmiş imtiyazlar əsasında müəyyən edilmiş işlərlə məşğul olmaları istənilmişdir.

Döyüş 22–23 oktyabr 1764-cü ildə Hektor Munronun komandanlıq etdiyi Şərqi Hindistan Şirkəti ilə Benara racələrinin rəisi Balvant Singh, Benqal nəvvabı Mir Qasimin və Şüca-üd-Dövlənin rəhbərlik etdiyi birləşmiş ordu arasında baş vermişdir. Böyük Moğol imperatoru II Şah Aləm də Şüca-üd-Dövlənin daxil olduğu ittifaq tərəfindən döyüşmüşdür. Döyüş Patnanın 130 kilometr qərbində, Gangas çayının sahilində, Bihar adlanan məntəqədə baş vermişdir. Döyüşün nəticəsində britaniyalılar çətinliklə qələbə qazana bilmişdirlər. Döyüşün nəticəsində 1765-ci ildə Allahabad müqaviləsi imzalanmışdır Müqavilənin şərtlərinə görə, moğol hökuməti britaniyalılara Benqal, Bihar və Orissada moğol imperatoru adından vergi toplama hüququ vermişdirlər. Bu müqavilə şirkətə böyük iqtisadi nəzarət verdi və onlara regionun resurslarından öz mənfəətləri üçün istifadə etmək üçün maliyyə siyasətini həyata keçirməyə imkan verdi.

Allahabad müqaviləsi O, bir daha britaniyalılara qarşı maratxların yardımı ilə Qara Cahanabadda döyüşdə və yenə məğlub edildi. 16 avqust 1765-ci ildə o, britaniyalılarla Allahabad müqaviləsi imzaladı. Müqaviləyə görə, Kora və Allahabad Hərbi Hindistan Şirkətinə verilməklə birlikdə, Aud illik 5 milyon rupi vergi ödəməyi öhdəsinə götürdü. İngilislərə Audda sərbəst ticarətə icazə veriləcək və digər güclərlə müharibə vəziyyətində bir-birlərinə kömək edəcəklər, bu da şirkət tərəfindən çox ağıllı bir siyasi addım idi.

İngilis qüvvələrinin müdafiəsi və müharibədə kömək üçün Aud əvvəlcə Çunar qalasından, sonra Bənarəs, Qazipur və nəhayət Allahabad rayonlarından imtina etdi.

Ölümü və dəfni