Volfqanq Helbiq (; ) — ömrünün çox hissəsini İtaliyada keçirən Almaniya antikşunası, arxeoloqu və sənət əsərləri satıcısı.

Həyatı Drezdendə anadan olmuşdur və burada oxumuşdur. daha sonra Göttingen və Bonn universitetlərində klassik filologiya və arxeologiya üzrə təhsil almışdır. Almaniya Arxeoloji İnstitutunun təqaüdçüsü kimi iki ilini Romada keçirdi.

İtaliya, Fransa və Yunanıstan üzrə çoxlu səyahətlər etmişdir, Şimali Afrika və Rusiyada olmuşdur. Rus knyaginyası və Listin şagirdi olmuş pianoçu Nadejda Şaxovskaya (1847—1922) ilə evlənmişdir. Cütlük Romada yaşayırdı və Helbiq burada Almaniya Arxeoloji İnstitutunun ikinci katibi, universitet professoru, cənubi Etruriya arxeoloji qazıntılar komissarı və Dei Linçei Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi.Гельбиг, Вольфганг // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.

Nəşrləri Əsas əsərləri aşağıdakılardır:Гельбиг // Малый энциклопедический словарь Брокгауза и Ефрона : в 4 т. — СПб., 1907—1909.:

«Wandgemälde der vom Vesuv verschütteten Städte» (Лейпциг, 1864); «Untersuchungen über die kampanische Wandmalerei» (1873); «Die Italiker in der Po-Ebene» (1879); «Das homerische Epos aus den Denkmälern erläutert» (Лейпциг, 1884—87); «Die Kampanische Wandmalerei»; «Altital. Kultur- und Kunstegeschiche» (1879).

İstinadlar

Kateqoriya:Almaniya arxeoloqları Kateqoriya:Dei Linçei Akademiyasının üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Almaniya tarixçiləri