thumb|Xorvatiya parlamentinin Müqəddəs Mark meydanında binası Xorvatiya parlamenti () — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır.
Tarixi "Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı.
Heyəti Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər.
1990—2001-ci illərin ikipalatalı saboru 1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi:
Birbaşa seçkilərdə seçilən Deputatlar Palatası (); Jupanilər palatası () hansına ki, 21 jupaniya bölgə əhalisinin sayını qeydə almadan, 3 nəfər nümayəndələrini təyin edirdi.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Xorvatiyada siyasət Kateqoriya:Xorvatiya parlamenti Kateqoriya:Qanunverici orqanlar