2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmi. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur.
Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır.
2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
İstinadlar
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1968-ci ilin filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:Süni intellekt haqqında filmlər Kateqoriya:Kosmonavtlar haqqında filmlər Kateqoriya:Texnologiyaya təsir haqqında filmlər Kateqoriya:Stenli Kubrikin filmləri Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Kosmos haqqında filmlər Kateqoriya:İspaniyada çəkilən filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:ABŞ-nin kosmik macəra filmləri Kateqoriya:IMAX filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:Böyük Britaniyanın elmi fantastika macəra filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:Surreydə çəkilən filmlər Kateqoriya:Hartfordşirdə çəkilən filmlər Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:Sürrealist filmlər Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:2001-ci il haqqında filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:1999-cu il haqqında filmlər