Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər., Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir.
2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
Şirkətlər İnşaat və Öhdəlik sahəsi; Nurol İnşaat ve Ticaret A.Ş. (1966), Nurol Gayrimenkul Yatırım Ortaklığı A.Ş. (1997), Nurol Enerji Üretim ve Pazarlama A.Ş. (1998) Müdafiə və İstehsal sahəsi; FNSS Savunma Sistemleri A.Ş. (1988), Nurol Makina ve Sanayi A.Ş. / Makina İşletmeleri (1976) Nurol Makina ve Sanayi A.Ş. / Çelik İşletmeleri (1995), Nurol Teknoloji Sanayi ve Madencilik Tic. A.Ş.(1983) Maliyyə sahəsi; Nurol Yatırım Bankası A.Ş. (1999) Ticarət və Xidmət sahəsi; Nurol İşletme ve Gayrimenkul Yönetim A.Ş. (1991), Botim İşletme Yönetim ve Ticaret A.Ş. (1997), Nurol Havacılık A.Ş. (1997), Nurol Sigorta Aracılık Hizmetleri A.Ş. (1994), Tümad Madencilik Sanayi ve Ticaret A.Ş. (1989) Turizm sahəsi; Turser Turizm Servis ve Ticaret A.Ş. (1993), Bosfor Turizm İşletmecilik A.Ş. (1980), Kulüp Salima Tatil Köyü ve Turizm İşletmeleri A.Ş. (1994)
İstinadlar Kateqoriya:1989-cu ildə Türkiyədə yarananlar