Mehdiqulu xan Hidayət (; ) — üç dəfə İranın baş naziri, mürtəce ruhlu, Şeyx Məhəmməd Xiyabani hərəkatının yatırılmasında iştirak edib. Cənubi Azərbaycanın valisi.
Həyatı Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla "danışığa" başladı. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı. Sentyabrın 12-də əks-inqilabı qüvvələr üsyançılar üzərinə hücuma keçdilər.1920-ci ilin sentyabrın 14-də azadlıq hərəkatı yatırıldı
Haqqında yazılanlar Mirzə Ələkbər Sabir Hop-hopnamədə onu qamçılayırdı:
Müxbirüssəltənəyə
Yapdığın hiyləni hər günkü qəzetdə oxudum, Axırında yenə gördüm ki, yazılmış: "Sonu var". Nə xəbərdir, deyə sordum, dedi müxbir ki, hələ Birini göstərirəm, işbu rəqəmdən onu var!..
Həmçinin bax Hidayət (soy)
Xarici keçidlər
Kateqoriya:İran baş nazirləri Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Hidayətlər Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Mazandaranlılar