Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; ) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru.
Həyatı 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir.
2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır.
2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir.
2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A. Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci ildə Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur.
Evlidir, 2 övladı var.
İstinadlar
Kateqoriya:Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları