Fallout: New Vegas () və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6). Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyumlu olaraq buraxılmışdır. Oyunun hadisələri ABŞ-nin Arizona, Kaliforniya, Nevada və Yuta ştatlarının bir hissəsini əhatə edən bir regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 3"-ün hadisələrindən 4 il sonra, "Böyük müharibə"dən () isə 204 il sonra, yəni 2281-ci ildə baş verir. Buna baxmayaraq, "New Vegas" əvvəlki oyunun birbaşa sikveli deyil.
Oyunçu "kuryer" () adlı bir personajı idarə edir. Kuryer Moxave səhrasından irəliləyərək Nyu-Veqas şəhərinə (indiki Las-Veqas) paket apararkən ona tələ qurulur. Paket oğurlanır və o, güllələnir. Bu insidentdən sağ çıxan kuryer onu öldürməyə cəhd edəni axtarmaq və paketi əldə etmək üçün macəraya çıxır, bir-birləri ilə vuruşan fraksiyalarda özünə dost və düşmən qazanır, özünü Nyu-Veqas şəhəri və Moxave səhrasına kimin nəzarət edəcəyini müəyyənləşdirən bir münaqişənin ortasında tapır.
"New Vegas" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun ssenari, tapşırıq və təkmilləşdirilmiş geympleyini tərifləmiş, mənfi fikirli tənqidçilər isə oyunu buraxılış zamanı mövcud olan texniki problemlərə görə pisləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi. Oyun dünya səviyyəsində təqribən 12 milyon nüsxə satmışdır. Oyun 2011-ci ildə "İlin ən yaxşı rol oyunu" kateqoriyası üzrə "Qızıl Coystik" mükafatı qazanmış, ən yaxşı strategiya oyunu və ən yaxşı hekayə kateqoriyaları üzrə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatına, o cümlədən dramda ən yaxşı köməkçi performans (Felisiya Dey) kateqoriyası üzrə Milli Video Oyun Ticarət Rəyçiləri Akademiyası mükafatına nominasiya olmuşdur.
Geympley
"Fallout 3" videooyununun geympleyinin böyük bir hissəsi "Fallout: New Vegas"da olduğu kimi saxlanılsa da, "Obsidian Entertainment" seriyaya köhnə və yeni xüsusiyyətlər əlavə edərək oyunun geympleyini mövcud elementlər ilə birlikdə daha da təkmilləşdirmişdir. Bəzi yeniliklərə aiddir:
Döyüş sistemi təkmilləşdirilmişdir. Volt-Tek Yardımlı Hədəfləmə Sistemidir (V.Y.H.S. və ya — V.A.T.S) yeni V.Y.H.S.-yə məxsus hücumlarla yenilənmişdir. Oyunun müxtəlif əlbəyaxa döyüş silahları üçün bir neçə yeni öldürmə animasiyaları hazırlanmışdır. Silahların reaksiya və dəqiqliyi təkmilləşdirilmişdir. Oyunçular artıq müəyyən böyükhəcmli silahlar və enerji silahları istisna olmaqla odlu silahlardan arpacıqla nişan ala bilərlər. Oyundakı üçüncü şəxs perspektivi "Fallout 3"-dəkindən daha "çiyin üstü" görünmək üçün yenidən dizayn edilmişdir. Oyunun personaj yaratma hissəsi oyunçunun "Fallout 3"-dəkindən daha az vaxt alması üçün yenidən tərtib edilmişdir. Həmçinin, oyunçular öyrədici seqmentdən yan keçə və dərhal Çöllüyə üz tuta bilərlər. Oyunçu başlama nöqtəsi olan Qudsprinqsin () sərhədlərindən keçərkən oyunçu personaja dəyişikliklər edə bilər. Oyunçu personajın inkişafında daha çox seçim yaratmaq üçün oyuna daha çox üstünlük əlavə edilmişdir. Üstünlük sisteminin özü də dəyişdirilmişdir. Əvvəlki oyunlarda oyunçuya hər dəfə yeni səviyyəyə çatanda yeni üstünlük seçmək imkanı verilirdisə, bu imkan artıq hər iki səviyyədən bir verilir. Oyuna 9 mm-lik tapança, təkmərmili qırma tüfəng, barıt partlayıcıları, dinamitlər, iztanıyan karabin və qumbaraatan kimi yeni silahlar əlavə olunmuşdur. Hər silah oyunda müəyyən və taktiki bir rol oyanır. "Böyük silahlar" və "Kiçik silahlar" bacarığı "Silahlar" adı altında birləşdirilmişdir. Oyuna "Sağ qalma" adlı yeni bir bacarıq təqdim edilmişdir. Bu bacarıq oyunçunun sağlamlığının qida və içkilər ilə nə dərəcədə bərpa etməsinə təsir göstərir. Həmçinin, bacarıqların dialoq seçimlərinə daha böyük təsiri var. Dialoq seçiminin uğurlu olub olmayacağı əvvəlcədən göstərilir və tamamilə bacarıq səviyyəsindən asılıdır. Oyunçuların bacarıqları Moxave çöllüyü boyunca tapıla və ya satıcılardan alına bilən bacarıq jurnalları vasitəsilə məhdud vaxta gücləndirilə bilər. Bu jurnalların effektləri müəyyən üstünlüklər ilə təkmilləşdirilə bilər. Oyunçular qumar oynaya bilərlər. Oyunçular bunu kazinolara daxil olub, oyundakı üç əsas valyuta ilə satın alıb blekcek, slot-maşını və ruletka ilə oynayaraq edə bilərlər. Oyunçular həmçinin, "Karvan" () adlı kart oyununu oynaya bilərlər. Bu, oyun üçün xüsusilə tərtib edilmişdir və öz qaydaları var.
Kraftinq və modifikasiyalar
Baxmayaraq ki, "Fallout 3"-də oyunçular əşya kraft edə bilirdilər, bu funksiya sadəcə bir neçə özəl silah ilə məhdudlaşdırılmışdı. Kraftinq sistemi "New Vegas" ilə birlikdə, xüsusi silahlar bir yana, qida, içki, dərman və silah-sursatın yaradılmasına da imkan verərək genişləndirilmişdir. Kraftinq verstaklar, patron tədarükü üçün verstaklar və səyyar tonqallarda edilir. Həmçinin, sistemin tətbiqi üçün müəyyən komponentlər, o cümlədən yetərli bacarıq səviyyəsi tələb olunur. Məsələn üçün, səyyar tonqallarda yemək bişirmək üçün oyunçunun "Sağ qalma" bacarığı yetərli səviyyədə olmalıdır. Bəzi xüsusi əşyaların resept və ya sxeması aşkar olunmayana qədər onları kraft etmək olmur. "Bethesda" şirkətinin "The Elder Scrolls" seriyasında olduğu kimi, yemək bişirmək üçün oyunçular reseptlərdəki müəyyən bitkiləri toplamalıdır.
Kraftinqə əlavə olaraq, oyunçular silahları xüsusi odlu silah modifikasiyaları ilə özəlləşdirə bilərlər. Bu cür modifikasiyalar atış nisbətini və ya maqazinlərin həcmini artıra, eləcə də atışın daha uzaq məsafəni əhatə etməsi üçün silaha teleskopik nişangah əlavə edə bilərlər. Silahların maksimum üç modifikasiyası olur və onlar quraşdırıldıqdan sonra sökülmür. Modifikasiyaları adətən Moxavedən tapmaq və ya satıcılardan almaq lazım olur.
Karma və reputasiya Karma sistemi oyuna yenidən təqdim olunmuşdur, lakin "New Vegas"dakı karma sistemi "Fallout 3"-dəkinə nisbətən daha az effektə malikdir, çünki qeyri-oyunçu personajların (NPC) oyunçuya olan münasibətinə təsir göstərən əsas amil reputasiya sistemidir. Oyunda mövcud olan fraksiyaların çoxluğu istehsalçıların ilk dəfə "Fallout 2"-də istifadə olunan, ancaq daha sonra "Fallout 3"-də tətbiq olunmayan reputasiya sistemini yenidən təqdim etməsinə səbəb olmuşdur. Həmçinin yenidən təqdim edilən karma sistemində olduğu kimi, oyunçunun müəyyən bir fraksiya ilə olan münasibəti onun fraksiya ilə olan əlaqəsi və aldığı qərarlardan asılı olaraq dəyişir. Məsəl üçün, oyunçular hansısa fraksiyaya yardım edirsə, onların həmin fraksiya ilə olan reputasiyası fraksiyanın nəzarət etdiyi hər bir məkanda artır. Əksinə, oyunçular həmin fraksiyaya qarşı bir fraksiya üzvünü öldürmək kimi mənfi hərəkətlər edirsə, bu, onların fraksiya ilə olan reputasiyasının azalmasına səbəb olur. Oyunçunun hər bir fraksiya ilə olan reputasiyası qeyri-oyunçu personajarın ona qarşı olan münasibətinin dəyişməsinə gətirib çıxarır. Müsbət reputasiya bəzi tapşırıqları daha da asanlaşdırır, fraksiyaya tabe olan satıcıların endirim etməsinə və fraksiya üzvlərinin oyunçuya hədiyyələr verməsinə səbəb olur. Əksinə, mənfi reputasiya fraksiyanın oyunçuya kömək etməkdən imtina etməsinə və fraksiya üzvlərinin onu gördüyü yerdə öldürməyə cəhd göstərməsinə, o cümlədən onun arxasınca sui-qəsdçilər göndərməsinə gətirib çıxarır.
Yoldaşlar "New Vegas" videooyunundakı yoldaşlıq sistemi "Fallout 3"-ündəkindən daha ətraflı hazırlanmışdır. Təqdim edilən yoldaş çarxı vasitəsilə oyunçular yoldaşlarının davranış və hücum tərzi kimi döyüş taktikasına aid xüsusiyyətləri dəyişdirə, o cümlədən onları azad edə, onların yaralarını sağalda, inventarlarına dəyişiklik edə və onlarla danışa bilərlər. Oyunçular eyni vaxt iki yoldaş ilə gəzə bilərlər. Onlardan biri humanoid, digəri isə qeyri-humanoid olmalıdır. Yoldaşları oyunçulara xüsusi bacarıq və ya üstünlük təqdim edirlər. Həmçinin, onlara xas xüsusi tapşırıqların yerinə yetirilməsi ilə onları təkmilləşdirmək də mümkündür. Oyunçular həmçinin, onları azad edərək orijinal məkanları əvəzinə, "Laki 38" otel-kazinosunun 22-ci mərtəbəsindəki süitaya göndərilə bilərlər. Hər bir yoldaş fərqli bir döyüş üslubunu təmsil edir. Oyunda cəmi səkkiz daimi yoldaş mövcuddur. Onlar:
Reks () – əvvəlcə Kral () tərəfindən sahiblənən kiberit. Şaron Kassidinin qızılgülü (), həmçinin Kess () – keçmiş karvan sahibi və "Fallout 2"-də yoldaşlardan biri olan Con Kassidinin qızı. Raul Alfonso Texada (; səsləndirən: Denni Trexo) – müharibədən əvvəl müxanik kimi işləmiş meksikalı xortdan. Lilian Mari Bouen () və ya Lili () – "Fallout" videooyunundakı Yaradıcının ordusunda xidmət göstərmiş yaşlı bir gecə uşağı super mutantı. Kreyq Bun () – snayper və Yeni Kaliforniya Respublikasına tabe olan 1-ci kəşfiyyat batalyonunun keçmiş üzvü. ED-E (Eddi deyə tələffüz olunur), "E obyekti" () və ya "E obyekti" eksperimental dürafreym robogözü () – şərq sahilindən olan dürafreym robogöz. Veronika Renata Santanjelo (; səsləndirən: Felisiya Dey) – Polad qardaşlığının Moxave şöbəsində xidmət göstərən mirzə. Arkeyd İzrael Gennon () – Apokalipsisin ardıcılları üçün işləyən alim.
Hardkor rejim "New Vegas" oyununa əlavə edilmiş qeyri-məcburi çətinlik səviyyəsi də Hardkor rejimidir (). Bu rejim oyunçu ətraf mühitinə realizm və gərginlik əlavə edir. Tənzimləmək imkanının mövcud olduğu standart çətinlik səviyyələri sadəcə döyüş çətinliyinə təsir göstərir, lakin Hardkor rejimi oyuna yeni statistikalar əlavə edir, eləcə də oyunçuları ehtiyat menecmenti və döyüş taktikalarını nəzərə almağa məcbur edir. Oyun rejissoru Coş Soyyer qeyd etmişdir ki, bu rejim müxtəlif "Fallout 3" modifikasiyalarından ilhamlanmışdır. Bu rejimdə baş verənlər aşağıda qeyd olunub:
Qida və su kimi bütün sağaldıcı əşyalar oyunçudunu dərhal sağaltmır, bir müddət ərzində öz təsirini göstərir. Həmçinin, antiradinlər () də radiasiya zəhərlənməsini dərhal azaltmaq əvəzinə, tədricən azaldır və bunun üçün müəyyən bir vaxt tələb edir. Stimulyatorlar () şikəst bədən üzvlərini sağalda bilmir. Oyunçular bunun üçün həkim sakvoyajlarından, Hidra kimlərindən () istifadə etməli, yataqlarda yatmalı və ya həkimlərə müraciət etməlidir. Mərmi və butulka qapaqlarının ağırlığı var. Oyunçular aclıq, susuzluq və yorğunluq yaşamamaq üçün yemək yeməli, su içməli və yatmalıdır. Bunlara riayət edilməsi, oyunçunun müəyyən bacarıqları zəifləyir və oyunçu axırda, ölür. Yoldaşların sağlamlıq dərəcəsi sıfır zərbə balından aşağıya çatdıqdan sonra, huşlarını itirmək əvəzinə, ölürlər. Oyunu bu rejimdə bitirmək nailiyyətin qazanılmasına gətirib çıxarır.
Süjet
Qurma