250px|thumb|right|Türk əsgərləri yunanların geri çəkilərkən dağıtdıqları İzmir şəhərində, 1922-ci il. 250px|thumb|right|Yandırılmış torpaq taktikası. Vyetnam müharibəsi. Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu.

"Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir.

1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur.

Tarixi E.ə VI əsr Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur.Доватур А. И., Каллистов Д. П., Шишова И. А. Народы нашей страны в «Истории» Геродота. Тексты, перевод, комментарий. — М.: Наука. 1982. — 5000 экз. (Древнейшие источники по истории народов СССР). (в издании подробнейшая библиография)

XV əsr 1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə)..

Səfəvi-Osmanlı müharibələri 1514–1555-ci illər müharibəsi

Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir.C. P. Mitchell, «The sword and the pen: Diplomacy in early Safavid Iran, 1501–1555», p. 223-224 Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir. Belə ki, Sultan Süleyman 1535-ci il yazın əvvəllərində Bağdadı tərk etdi və ikinci dəfə Azərbaycana yürüşə başladı. Əhali Şah Təhmasibin göstərişi ilə paytaxtdan köçürüldü. Azərbaycanın cənub vilayətlərində yaşayan tayfalar Fars vilayətinə və İraqi Əcəmə köçürüldülər. Suvarma kanalları və kəhrizlər torpaqla dolduruldu, taxıl və əkin sahələri yandırıldı, yerdə qalan nə varsa, heyvanlara yedirdildi. Təbriz şəhəri ikinci dəfə Sultan Süleyman tərəfindən tutuldu. Ərzaq çatışmazlığı və başlanmış taun xəstəliyi Osmanlı qoşununun vəziyyətini daha da ağırlaşdırdı. Osmanlı ordusu bu dəfə də Azərbaycanda möhkəmlənə bilmədi və tələsik geri çəkilməli oldu.

Sultan Süleyman 1548-ci ilin yazında Azərbaycana üçüncü yürüşünə başladı. Bu yürüşə mükəmməl hazırlıq görülmüşdü. Osmanlıları dayandırmaq üçün kifayət qədər qüvvəsi olmayan Şah Təhmasib paytaxtı tərk edərək Şərqə çəkildi və qoşun toplamaq üçün Əhər çayı sahilində gözləməli oldu. Osmanlı ordusunun hərəkətini çətinləşdirmək üçün sərhəddən başlayaraq paytaxta kimi bütün yollar viran edilmişdi. Hər şey yandırılmış, işğalçılar üçün "bir toxumcuq, ot saplağı" belə saxlanılmamışdı. Fədakarlığı ilə məşhur olan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını (qanov və kəhrizləri) elə bağladılar ki, "hətta özlərinin içməsi üçün belə lazım olan qədər su qalmadı". Sultan Süleyman əsas qüvvələrlə Təbrizə daxil oldu. Lakin o, bu dəfə paytaxtda yalnız 4 gün qala bildi. Bu günlər osmanlılar üçün çox sıxıntılı keçdi. Yemin çatışmaması üzündən onların minlərlə atı, dəvəsi və qatırı məhv oldu. Şəhərdə ərzaq olmadığına görə əsgərlər şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Əhali osmanlılara qarşı üsyan qaldırdı. Osmanlılar hətta özlərinə yemək tapmaq üçün düşərgələrindən bir addım belə uzaqlaşa bilmirdilər. Azərbaycan xalqının artan müqaviməti, qızılbaş qoşununun hücumları və ərzaq cəhətdən dözülməz vəziyyət Osmanlı ordusunu yenidən Azərbaycandan çıxmağa məcbur etdi. Beləliklə, Osmanlı sultanının Azərbaycana üçüncü yürüşü də uğursuzluqla nəticələndi.C. P. Mitchell, «The sword and the pen: Diplomacy in early Safavid Iran, 1501–1555», p. 231

I Sultan Süleyman 1554-cü ilin yazında Azərbaycana dördüncü yürüşünə başladı və Naxçıvanı tutdu. Şah Bazarçaya doğru geri çəkildi. Düşmənin əsas qüvvələri ilə üz-üzə gəlməmək taktikasına əməl edən qızılbaş dəstələri düşmənin hərəkət etdiyi yollara gözlənilməz basqınlar edir, onun canlı qüvvəsinə zərbələr endirir və xeyli əsir alırdılar. Tezliklə kəskin ərzaq çatışmazlığı hiss edən sultan Naxçıvan şəhərini tərk etmədən öncə onu yandırıb, Azərbaycandan Kiçik Asiyaya geri döndü. Bu müharibənin nəticəsində Səfəvi dövləti Van qalasını, Mesopotomiya və Bağdadı itirsə də, Azərbaycan torpaqlarını əlində saxlamağa müvəffəq oldu.«Cambridge History of Iran», vol. 6, p. 244

1603–1612-ci illər müharibəsi

Bu müharibə illərində I Şah Abbas osmanlılara qarşı Səfəvilərin ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etdi. Şah fərman verdi: "Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək; bütün azərbaycanlıları köçürmək, ərzaq və ələf nə varsa götürmək, qalanını isə məhv edib yandırmaq". Bu zorakılıq tədbiri tarixşünaslıqda "böyük sürgün" adı ilə məhurdur. Şah Abbasın əhalinin köçürülməsi və yaşayış məntəqələrinin dağıdılması haqqında əmri təcili həyata keçirildi. İsgəndər bəy Münşi yazırdı ki, fərman veriləndən bir neçə gün sonra Şahın qərargahını yerləşdirməyə yer yox idi. Çünki Naxçıvan və onun ətrafındakı yaşayış məntəqələri xarabazara çevrilmişdi.Münşi İsgəndər bəy, Dünyanı bəzəyən Abbasın tarixi, Bakı-2010, cild I, s.247 (İsgəndər bəy Türkman, Tarix-e alemaraye-Abbasi. İrəc Əfşar nəşri, I və II hissələr, Tehran, h. 1382, (m.2003) s.128) Beləliklə, Naxçıvan, İrəvan, Culfa və digər abad diyarlar Səfəvi Şahının fərmanı ilə yandırıldı və əhalisi köçürüldü. Ciğaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusu İrəvana kimi irəlilədi, lakin qızılbaşlar tərəfindən ərzaq ehtiyatının məhv edilməsi onların vəziyyətini ağırlaşdırdı və qoşunda qarışıqlıq başlandı. Buna görə Sinan paşa yürüşü dayandırdı və qışlamaq üçün Vana qayıtmağa məcbur oldu. Bu müharibə 1612-ci ildə Sərab sülhü ilə nəticələndi.

XIX əsr 250px|thumb|right|Yandırılan Moskva, A.F.Smirnov (1813-cü il) 250px|thumb|right|Napoleonun Moskvanı tərk etməsi Napoleon müharibələri

I Napoleonun Avropada apadığı müharibələrin demək olar ki, hamısında ona qarşı "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. İmperatorun apardığı müharibələr içərisində bu taktikanın geniş istifadə edildiyi Pireney yarımadasında və Rusiya ilə olanlar xüsusi ilə fərqlənir. Pireney müharibələri 1810-cu ildə Napoleon Portuqaliyaya etdiyi hücum (üçüncü) zamanı, portuqallara Lissabona doğru geri çəkilərkən fransızların əlinə keçə biləcək bütün ərzaq ehtiyatlarını məhv etmək əmri verildi. Əmr Fransa qoşunlarının əvvəlki hücumlar zamanı əhaliyə qarşı etdikləri soyğunçuluq və talan səbəbiylə verilmişdi.Grehan, John. The Lines of Torres Vedras: The Cornerstone of Wellington's Strategy in the Peninsular War 1809–1812.

Busaku döyüşündən sonra (Bu döyüşdə Lord Velinqtonun başçılığı ilə ingilis-portuqal ordusu fransızları darmadağın etmişdi.) Napoleon ordusunun marşalı Massenanın ordusu Koimbruya yürüş etdi, burada Köhnə Universiteti və şəhər kitabxanası talan edildi, evlər və dükanlar dağıdıldı, qarət edildi, bir neçə mülki şəxs öldürüldü.Douglas L. Wheeler, Walter C. Opello Historical Dictionary of Portugal 2010 — Page 63Mark Ellingham, John Fisher, Graham Kenyon Rough Guide to Portugal — 2002 — Page 226. İngilis əsgərləri tərəfindən də soyğunçuluq hadisələri olurdu, lakin bu cür hallar araşdırılır və günahkarlar cəzalandırılırdı. Fransız əsgərləri Lissabon yaxınlığındakı Torres-Vedras medafiə xəttinə çatdıqda, onlar şəhərin çöllüyə daha çox bənzədiyini söyləyirdilər. Massena ordusunun azalan qida ehtiyatlarını artırmaq üçün Viseu şəhərinə çatdıqda, şəhər bom-boş idi və yeganə qida üzüm və limon idi. Onların da həddən artıq istehlakı kalori mənbəyindən daha çox gücdən salma xarakteri aldı. Düşgün əhvali-ruhiyyə, aclıq, xəstəlik və intizamsızlıq Fransa ordusunu zəiflətdi və növbəti yazda geri çəkilməyə məcbur etdi.

Rusiya ilə müharibə I Aleksandr 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "Kontinental blokada siyasəti"nə qarşı çıxır. Bununla iki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə Napoleon 1811-ci ildə "Ja, meine Herren, ich bin und werde immer der Herr der Baltischen Region sein. Der Zar von Russland hat in der Tat bisher meine Verordnungen in seinen Häfen nicht durchgesetzt. Aber er wird es tun, in den nächsten sechs Monaten. Sonst erkläre ich ihm den Krieg" – Die Londoner Times vom 29. Juni 1811 hazırlıqlar görərək 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.

Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Mixail Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq".Из книги Е. В. Тарле "Нашествие Наполеона на Россию" Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda Napoleon geri dönmək əmrini verir. Geri dönərkən kazak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrında 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.

Yunanıstan İstiqlaliyyət müharibəsi

1827-ci ildə İbrahim Paşa Osmanlı-Misir birləşmiş qüvvəri ilə yunan üsyanını yatırmaq üçün Peloponnesə gəldi. Peloponnesdəki yunan partizanlarının hücumlarına cavab olaraq, İbrahim Paşa üsyançıların müqavimətini qırmaq üçün "yandırılmış torpaq" taktikasına əl atdı. Yanan kəndlərin və tarlalardan çıxan tüstü dənizdə dayanan müttəfiq gəmilərindən (İngiltərə, Fransa, Rusiya) aydın görünürdü. İngilis nümayəndələri Messinya əhalisinin kütləvi aclığa yaxın olduğunu bildirirdi. İbrahim Paşanın "yandırılmış torpaq" siyasəti Avropada böyük qəzəbə səbəb oldu. Bu, müttəfiqlərin qəti hərəkətə keçməsinə bəhanə verdi. Bu müdaxilə yunan üsyanında dönüşə gətirib çıxardı.Report to Codrington from Capt Hamilton (HMS Cambrian (1797)|HMS Cambrian), reproduced in James (1837) VI.476 1827-ci il oktyabrın 20-də britaniyalılar, fransızlar və rusların birləşmiş eskadrası, ingilis kontr-admiral Edvard Kodrinqtonun rəhbərliyi ilə yunan sularına daxil oldu. Həmin gün Navarin döyüşündə osmanlı-Misir donanması darmadağın edildi. Türk donanması məhv edildi, İbrahim Paşanın qoşunları aclıq və vəbanın olduğu More şəhərinə sıxışdırıldı.Howarth, The Greek Adventure, p. 241.

ABŞ-da vətəndaş müharibəsi 250px|thumb|left|General Vilyam Şermanın ordusu Atlanta yaxınlığında dəmir yolu xəttini sıradan çıxarır