Sxneti ( ) — Gürcüstanda, Tbilisi şəhər bələdiyyəsinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi dəmiryol stansiyasından 12 km məsafədə yerləşir.

Tarixi Sknetidə kənd təsərrüfatının intensiv inkişafı XIX əsrin II yarısında başlamışdır. Burada XVII-XIX əsrlərdə tikilmiş üç kiçik kilsə salamat qalmışdır. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. Sovet dövründə burada tikiş fabriki, kinoteatr, uşaq sanatoriyası fəaliyyət göstərirdi. 2008-ci ildə Tiflis şəhərinin bələdiyyəsinə daxil edilmişdir.

Sxnetidə vərəmin müalicəsində ixtisaslaşmış sanatoriyalar olan iqlim kurortu var və qəsəbəyə gedən yolda ixtisaslaşmış ingilis dili məktəbi var.

Əhali İl 1970 1979 1989 2002 2014 Əhali 2908 3235 3676 8187 7166 Gürcü müğənnisi Mariam Kaxelişvili burada doğulmuşdur.

İstinadlar

Kateqoriya:Tbilisi bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Vikipediya:Vikiverilənlərdə dəyəri müəyyən olunmuş məqalələr