Birinci Afina qəbiristanlığı () — Afinanın mərkəzi hissəsindəki memorial nekropol.

Yerləşməsi Qəbiristanlıq Afinanın mərkəzi hissəsində, qədim kompleks Olimpeyon və Panatinaikos arxasında, Anapafseos küçəsinin sonunda (Pokoya küçəsi) yerləşir.

Tarixi İlk qəbiristanlıq 1837-ci ildə açılmış və çox keçmədən məşhur yunan vətəndaşlarının dəfn yeri oldu.

Qəbiristanlıqda ikisi pravoslav, biri katolik olmaqla üç kilsə var. Protestantlar və yəhudilərin dəfn edilməsi üçün ayrıca sahələr var.

Qəbiristanlıqda dəfn olunan məşhur şəxslər Andreas Papandreu, siyasətçi, Yunanıstanın baş naziri Demis Russos, populyar müğənni Cenni Karezi, teatr və kino aktrisası Odiseas Elitis, şair Sotiria Bello, müğənni Henrix Şliman, arxeoloq Yorqos Seferis, şair, ədəbiyyat üzrə Nobel mükafatçısı

Xarici keçidlər Tarixi xülasə Qəbiristanlıq haqqında məlumat

Kateqoriya:Yunanıstan qəbiristanlıqları Kateqoriya:Milli qəbiristanlıqlar Kateqoriya:1837-ci ildə yarananlar