Ruhullah Zəm (; ) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir.

Həyatı Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir. Zəm daha sonra Fransaya mühacirət edir.

Həbsi İran İnqilab Keşikçiləri 14 oktyabr 2019-cu ildə bəyan etmişdir ki, Ruhullah Zəm İrana qayıdıb və orada saxlanılıb. Keşikçilər bu xəbəri "Amad News" kanalını ələ keçirərək orada paylaşmışdır.

İran məhkəməsi 30 iyun 2020-ci il tarixində Ruhullah Zəm barəsində edam hökmü çıxarmışdır.

İstinadlar

Kateqoriya:İran jurnalistləri Kateqoriya:İran aktivistləri Kateqoriya:Evin həbsxanasında saxlanılanlar Kateqoriya:İran etirazları (2017–2018) Kateqoriya:İranda siyasi məhbuslar