Türk Dili Qurumu () — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat.
Türk Dil Qurumu Mustafa Kamal Atatürk tərəfindən 12 iyul 1932-ci ildə türk dilini araşdırmaq və türkcənin inkişafı üçün fəaliyyət göstərmək üçün qurulan qurumdur. Türkiyənin paytaxtı Ankarada yerləşən qurum türk dili ilə bağlı araşdırmaların aparıldığı və nəşr olunduğu mərkəzdir. Türk Dil Qurumu 1955-ci ildən bəri müxtəlif sahələrdə mükafatlar verir. Mükafatlar hər il sentyabrın 26-da Ankarada Dil Bayramında təşkil edilən mərasimdə qaliblərə verildi. Mükafatların verildiyi sahələr zaman-zaman fərqli qaydalara uyğun olaraq dəyişdirilir. Türk Dil Qurumunun mükafatları 1983-cü ildə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil edildikdən sonra ləğv edildi. Bu gün "Türk dilinə xidmət mükafatları" verir. Qurucuları Mustafa Kamal Atatürk Samih Yalnızgil Ruşən Əşrəf Ünaydın Cəlal Sahir Ərozan Yaqub Qədri Qaraosmanoğlu
Üzvləri Türk Dil Qurumunun üzvləri
Tarixi Qurum 1932-ci il iyulun 12-də Mustafa Kamal Atatürkün göstərişi ilə dövlətdən ayrı bir dərnək olaraq "Türk Dili Tədqiq Cəmiyyəti" () adı ilə yaradılmışdır. Qurumun qurucuları millət vəkili və dövrün tanınmış ədəbiyyat adamları olan Samih Rifat bəy, Ruşən Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədridir. Qurumun ilk prezidenti Samih Rifat bəy, birinci baş katibi isə Ruşən Əşrəf Ünaydın olub. 1933-1955-ci illərdə qurumun baş mütəxəssisi Əbdülqadir İnan, 1938-1979-cu illərdə isə Qərb dilləri üzrə baş mütəxəssisi Aqop Dilaçar olub.
Türk Dili Tədqiq Cəmiyyətinin tələbi "türk dilinin öz gözəllik və zənginliyini ortaya çıxarmaq və onu dünya dilləri arasında dəyərinə layiq bir zirvəyə qaldırmaq" olaraq təyin edilmişdir.
Atatürkün sağlığında 1932, 1934 və 1936-cı illərdə keçirilən üç qurultayda Qurumun rəhbər orqanları seçilib, dil siyasəti müəyyən edilib, elmi məqalələr təqdim edilib və müzakirə edilib. 26 sentyabr-5 oktyabr 1932-ci il tarixləri arasında Dolmabağça sarayında keçirilən Birinci Türk Dili Qurultayı üçün dərc edilmiş bəyannamədə bildirilirdi ki, təkcə ekspertlər, türk ədəbiyyatı müəllimləri və yazıçılar deyil, ictimaiyyətdən də iştirak etmək istəyənlərin Konqresə qatılmaları istənilirdi. Yayımlanan bəyannamədə "Kişi-qadın hər bir türk vətəndaşı, Dil Araşdırmaları Cəmiyyətinin üzvüdür, özünü Konqresə dəvətli saymalıdır" yazılırdı.Hatıralar, TDK Yayını, 1943. Qurultayın sonunda qurumun "Lüğət-terminologiya, qrammatika-sintaksis, tərtibat, linqvistika-filologiya, etimologiya, nəşr" adlı altı bölmədə fəaliyyətini davam etdirəcəyi qəbul edilib.Tarihçe bölümü TDK resmî internet sitesi
Atatürk özü türk dili ilə bağlı yerli və xarici araşdırmaları öyrənərək, dövrünün alimlərini türk dili ilə bağlı araşdırmalar aparmağa istiqamətləndirmişdir. Əslində, türk dilinin ən qədim abidələri olan Göytürk yazılı mətnlərinin ilk iki cildi onun sağlığında nəşr olundu; 1940-cı illərdə nəşr olunan "Divanü Lüğat-it-Türk", "Qutadqu-bilik" kimi əsərlər üzərində iş onun sağlığında aparılmağa başlandı. Daha sonra bir çox cildlərdə çıxacaq "Tarama" və "Tərtib sözlüyü" üzərində iş Atatürkün sağlığında başladı. Bu lüğətlər XIII yüzillikdən başlayaraq qərbi türkcənin köhnə əsərlərindən seçilməsi və Anadolu ləhcələrində işlənən sözlərin bir araya toplanması ilə yaradılmış böyük lüğətlərdir. Çağdaş türkcənin qrammatikası, sözlüyü, orfoqrafiyası və terminləri ilə bağlı araşdırmalar da Atatürk tərəfindən maraqla izlənilib.
Türk Dil Qurumunun yaradılması ilə birgə çağdaş türkcədə Atatürkün öncüllüyü ilə saflaşma hərəkatı başladı. Atatürkün ölümündən sonra "Öztürkcə" hərəkatı türk ziyalıları arasında daim müzakirə olunan mövzulardan biri olub. Türk Dil Qurumu 1983-cü ilə qədər bu hərəkatın öncüllüyünü davam etdirdi.
Ölümündən az əvvəl yazdığı vəsiyyətnamədə Atatürk mülkünün bir hissəsini Türk Dil Qurumuna və Türk Tarix Qurumuna buraxıb. Lakin Atatürkün vəsiyyətinə zidd olaraq 1983-cü ildə Türk Dil Qurumu milliləşdirildi.Prof. Dr. Afet İnan, Yayına Hazırlayan: Arı İnan, Remzi Kitabevi, İstanbul 2005, s. 124: "1980 ihtilalinden sonra çıkarılan bir yasayla TTK ve TDK'nin (Atatürk'ün vasiyeti de hiçe sayılarak) özel statüleri değiştirilmiştir."
Türk Dil Qurumu 1940-cı ildə Nazirlər Şurasının qərarı ilə "ictimai maraq üçün çalışan dərnəklər" statusu qazanmışdır. 1951-ci ildə Demokratik Partiya hökumətinin büdcə müzakirələri zamanı qurumun maliyyəsinin kəsilməsi qərara alındı.24 Şubat 1951, TBMM Türkiye Cumhuriyeti Millî Eğitim Bakanlığı bütçe görüşmeleri, 627. bölüm Digər önəmli struktur dəyişikliyi 1982-1983-cü illərdə baş verdi. 1982-ci ildə qəbul edilən və hal-hazırda qüvvədə olan Konstitusiya ilə Türk Dil Qurumu və Türk Tarix Qurumu, Konstitusiya qurumu olan Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun çətiri altına alınaraq milliləşdirildi və onların hüquqi şəxsləri dərnək olaraq ləğv edildi.
1 noyabr 1936-cı ildə Türkiyə Böyük Millət Məclisinin 5-ci dövrü və 2-ci qanunvericilik ilinin açılış nitqində Atatürk Türk Dil Qurumunun və Türk Tarix Qurumunun gələcəyi ilə bağlı diləklərini bu sözlərlə ifadə etdi:
"Hörmətli təhsil nazirimizin rəhbərlik etdiyi Türk Tarix Qurumunun və Türk Dil Qurumunun hər gün yeni üfüqlər açan ciddi və davamlı işini yüksək qiymətləndirirəm. Əminliklə deyə bilərəm ki, bu iki milli qurum tariximizin, dilimizin qaranlıqlar içində unudulmuş dərinliklərini, dünya mədəniyyətinin başlanğıcını təmsil etdiklərini məqbul elmi sənədlərlə üzə çıxardıqca təkcə türk ulusunun deyil, bütün bilim dünyasının marağını və oyanışını artıran qutsal bir vəzifə yerinə yetirir. Alacahöyükdə aparılan qazıntılar nəticəsində Tarix Qurumunun üzə çıxardığı beş min beş yüz illik maddi türk tarixi sənədləri dünya mədəniyyət qəhrəmanlarının tarixinin yenidən araşdırılmasını və dərinləşdirilməsini tələb edəcək. Bir çox avropalı alimlərin iştirakı ilə keçirilən sonuncu Dil Qurultayının parlaq nəticələrini görməkdən çox şadam. Umuram ki, bu milli qurumlar qısa müddətdə milli akademiyaya çevriləcək. Bu səbəbdən diləyirəm ki, çalışqan tarixçilərimizin, dilçilərimizin və alimlərimizin bilim dünyası tərəfindən qəbul ediləcək orijinal əsərlərini görməkdən məmnun qalacaqsınız".
Nəşrləri Təşkilat "Güncel Türkçe Sözlük" ilə yanaşı, əsasən, türk dilləri ilə əlaqəli araşdırmalar, ixtisaslaşdırılmış sözlüklər, filoloji kitablar və ədəbiyyat əsərlərindən ibarət 850-dən çox dilçilik kitabı nəşr etmişdir.
TDQ, eyni zamanda, "Türk dili" (1951-ci ildən), "Belleten" (1953-cü ildən) və "Türk dünyası" (1996-cı ildən) adlı türk dili və ədəbiyyatı mövzusunda müxtəlif toplular nəşr edir.
Sözlük Türk Dili Qurumu tərəfindən nəşr olunan "Güncel Türkçe Sözlük" adlı türk dilinin rəsmi sözlüyünün 2005-ci il nəşrində 104.481 söz var idi ki, onlardan təxminən 86%-i türk, 14%-i xarici kökənli idilər. Türk sözlüyünə əhəmiyyətli dərəcədə təsir etmiş xarici dillər arasında ərəb, fransız, fars, italyan, ingilis və yunan dilləri var.
Həmçinin bax Türk Tarix Qurumu
İstinadlar
Xarici keçidlər tdk.gov.tr (türkcə) — Türk Dili Qurumunun rəsmi saytı. TDKTerim
Kateqoriya:Türk dili Kateqoriya:Milli dil institutları Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:Türkiyə mədəniyyəti Kateqoriya:Türkiyənin dövlət təşkilatları