Nihat Asım Bekdik () — müdafiəçi mövqeyində oynamış Türkiyə futbolçusu.
Klub karyerası Qalatasaray liseyinin şagirdi olan Nihat Bekdik karyerası boyu (1916–1936) Qalatasarayda çıxış etmişdir. Klubun heyətində 6 dəfə İstanbul Futbol Liqasını qazanmışdır, komandanın kapitanı olmuşdur.
Formasında təsvir olunmuş şir şəklinə və göstərdiyi oyuna görə azərkeşlər ona "aslan" ləqəbini vermişdilər. Sonradan bu ləqəb bütöv "Qalatasaray" klubuna şamil olunmağa başlandı.
Milli yığma karyerası 26 oktyabr 1923-cü ildə Nihat Bekdik, Rumıniya ilə yoldaşlıq oyununda Türkiyə millisinin heyətində debüt etdi. 1924 və 1928-ci illərdə Olimpiya oyunlarının iki futbol turnirində iştirak etmişdir. 14 oktyabr 1927-ci ildə Nihat Bekdik Bolqarıstan komandası ilə yoldaşlıq oyununun 85-ci dəqiqəsində fərqlənərək millinin heyətində ilk və yeganə qolunu vurdu.
Digər idman növlərində Nihat Bekdik üçqat atlama və yüksək atlama yarışlarında da müvəffəqiyyət qazanmışdır. 1923-cü ildə üçqat (11,92 m) və yüksək atlamalarda (1.58 m) Türkiyə rekordlarını vurdu. Futbol karyerasını başa vurduqdan sonra at minmə, avarçəkmə və üzgüçülüklə məşğul olurdu. Aslan adlı qayığısında Nihat çoxlu kubok qazanmışdır.
Siyasi karyerası 1957–1960-cı illərdə Nihat Bekdik Demokrat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur.
Statistikası
Milli yığma Nihat Bekdikin Türkiyə millisi heyətində keçirtdiyi oyunlar və vurduğu qolları№TarixiKeçirilmə yeriRəqibHesabQol sayıYarış126 oktyabr 1923Taksim, İstanbul Rumıniya2:2—Yoldaşlıq oyunu225 may 1924Berjer, Paris Çexoslovakiya2:5—Yay Olimpiya Oyunları317 iyun 1924Töölön Pallokenttya, Helsinki Finlandiya4:2—Yoldaşlıq oyunu419 iyun 1924Kalevi, Tallin Estoniya4:1—Yoldaşlıq oyunu522 iyun 1924LSB, Riqa Latviya3:1—Yoldaşlıq oyunu629 iyun 1924Bələdiyyə stadionu, Lodz Polşa0:2—Yoldaşlıq oyunu716 noyabr 1924Vatslav Vorovskoyun adına stadion, Moskva SSRİ0:3—Yoldaşlıq oyunu810 aprel 1925Taksim, İstanbul Bolqarıstan2:1—Yoldaşlıq oyunu915 may 1925İstiqlal, Ankara SSRİ1:2—Yoldaşlıq oyunu102 oktyabr 1925Taksim, İstanbul Polşa1:2—Yoldaşlıq oyunu117 may 1926Taksim, İstanbul Rumıniya1:3—Yoldaşlıq oyunu1217 iyul 1927Slaviya, Sofiya Bolqarıstan3:3—Yoldaşlıq oyunu1314 oktyabr 1927Taksim, İstanbul Bolqarıstan3:11Yoldaşlıq oyunu148 aprel 1928Krançeviçeva, Zaqreb Yuqoslaviya1:2—Yoldaşlıq oyunu1515 aprel 1928Qloriya ÇFR, Арад Rumıniya2:4—Yoldaşlıq oyunu1628 may 1928Olimpiya stadionu, Amsterdam Misir1:7—Yay Olimpiya Oyunları1727 sentyabr 1931Yunak, Sofiya Bolqarıstan1:5—Balkan kuboku182 oktyabr 1931Levski, Sofiya Yuqoslaviya2:0—Balkan kuboku1917 aprel 1932Taksim, İstanbul Macarıstan1:2—Yoldaşlıq oyunu2022 aprel 1932Taksim, İstanbul Macarıstan1:4—Yoldaşlıq oyunu214 noyabr 1932Taksim, İstanbul Bolqarıstan2:3—Yoldaşlıq oyunu
İstinadlar
Xarici keçidlər tff.org saytında oyunçunun profili
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Qalatasaray PFK məşqçiləri Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Demokrat Partiya üzvləri (Türkiyə, 1946) Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri