Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər () — politoloq və tarixçi Samuel Hantinqton (1927-2008) tərəfindən yazılmış traktat. Kitab Amerikan kimliyinin mahiyyətini və gələcəkdə qarşılaşacağı problemləri aşkar etməyə çalışır.

Amerikalı kimliyinin təsviri Amerikalı kimliyini izah edərkən Hantinqton ilk növbədə "mühacir millət" anlayışının yanlış olduğunu bildirərək buna etiraz edir. O, kitabında yazır ki, britaniyalı sakinlər mühacirlərdən fərqli olaraq, Şimali Amerikaya, mövcud cəmiyyətdən başqa birisinə köçmək üçün deyil, məhz yeni cəmiyyət yaratmaq məqsədilə gəldiklərinə görə Amerikanın qurucuları mühacirlər deyil, məskunlaşan () şəxslərdir. Bu şəxslər tərəfindən artıq yaradılmış olan orijinal Britaniya koloniyalarında mövcud mədəniyyətə sonralar qoşulan şəxslər isə əsl mühacirlərdir.

Bir çox insanlar Amerika kimliyinin özəyi kimi "Amerikan İnancı"na () işarə edirlər. Hantinqton qeyd edir ki, "Amerikan İnancı" özündə "azadlıq, bərabərlik, individuallıq, nümayəndəli hökumət və şəxsi mülkiyyət prinsipləri"ni ehtiva edir., p. 41 Yenə də Hantinqton əsərdə özünə bu sualı verir:

XVII-XVIII əsrlərdə ingilis protestantları deyil də, fransız, ispan və ya portuqal katolikləri məskən salmış olsa idi, Amerika bugünkü Amerika olardımı? Cavab — xeyr. Amerika olmazdı; Kvebek, Meksika və ya Braziliya olardı.Who Are We?, p. 59

Hantinqton, Avropadakı bütün dövlətlərdən və bütün koloniyalardan Amerikanın təkbaşına "Amerikan İnancı"nı inkişaf etdirdiyini və bu sadə müşahidənin izahat tələb etdiyini iddia edir. Bu müşahidədən iki nəticə hasil olur: Amerikanın ingilis müstəmləkəsi olması və reformasiya nəticəsində yalnız Amerikanın meydana gəlməsi.

İngilis irsinin Amerikaya verdiyi töhfələr barədə arqumentlərini gücləndirmək məqsədilə müəllif aşağıdakı fikirləri irəli sürür:

Amerikada məskən salan şəxslərin XVII-XVIII əsrlərdə yaratmış olduqları siyasi və hüquqi institutlar özündə böyük həcmdə İngiltərənin XVI əsrin sonu XVII əsrin əvvəllərindəki "Tüdor Konstitusiyası"nın institut və təcrübələrini əks etdirir. Bura daxildir: dövlətdən üstün və dövləti məhdudlaşdıran əsas qanun konsepsiyası; icra, qanunverici və məhkəmə funksiyalarının birləşməsi və ayrı-ayrı qurumlar və hökumətlər arasında hakimiyyət bölgüsü; qanunverici orqanın və icra başçısının nisbi gücü; icra başçısında "ləyaqətli" və "səmərəli" funksiyaların birləşməsi; iki palatalı qanunverici orqan; qanunverici orqanın yerli seçki dairələri qarşısında məsuliyyəti; qanunverici komitə sistemi; və müdafiə üçün ilk növbədə daimi orduya deyil, milisə bel bağlamaq.Who Are We?, pp. 60-61

Protestantlığın əhəmiyyətinə gəldikdə, Hantinqton qeyd edir ki: ""Amerikan İnancı" fərqli protestant mədəniyyətinin bənzərsiz yaradılışıdır". Xüsusilə, o vurğulayır ki:

Protestantlığın şəxsi vicdan və fərdlərin birbaşa İncildən gələn həqiqətləri öyrənmək məsuliyyəti üzərindəki vurğusu amerikalıların individuallıq, bərabərlik, din və fikir azadlığına bağlılığını artırdı. Protestantlıq iş etikasına və fərdin həyatda öz uğur və ya uğursuzluğu üçün məsuliyyətinə vurğu edir... Kilsə təşkilatında özünün konqreqasional formaları ilə, protestantlıq iyerarxiyaya qarşı çıxmağı və oxşar demokratik formaların dövlətdə tətbiq olunmalı olduğunu təşviq edirdi.Who Are We?, p. 68

İstinadlar

Kateqoriya:ABŞ cəmiyyəti Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:ABŞ-də siyasət Kateqoriya:Amerikan milliyətçiliyi Kateqoriya:2004-cü ildə ABŞ Kateqoriya:Simon & Schuster kitabları Kateqoriya:Sosial və humanitar elmlərin kitabları