Əbləkim Səlim oğlu Qafarov (, ; ) — sovet hərbi, partiya, dövlət və təsərrüfat lideri. General-leytenant hərbi rütbəsini qazanmışdır.
Evpatoriya qəzasının Çaygöz kəndində anadan olmuşdur. Milliyyətcə krım tatarlarından idi.
N.K. Krupskaya adına uşaq evində böyümüşdür. 1926-cı ildə Karatöbe kəndində kənd təsərrüfatı məktəbini bitirmişdir, bundan sonra Krım MSSR-nın Evpatoriya komsomolunun katibi olmuş və partiya vəzifələrində çalışmışdır.
24 yaşında, Orjonikidzenin şəxsi istəyi ilə Saq bromzavodun direktoru təyin edildi (1931-1934). Eyni zamanda 1930-1935-ci illərdə Ümumittifaq Mühəndislik və Sənaye Akademiyasında oxuyaraq fərqlənmə diplomu qazandı.
1935-1938-ci illərdə SSRİ Kimya Sənayesi Nazirliyinin Ximsoltrest idarəçisi idi. 1938-ci il avqustun 14-dən 1940-cı il oktyabrın 10-dək Sovet Nəzarəti Komissiyasının bürosunun səlahiyyətli katibi və sədr müavini olmuşdur, 1940-cı ildən SSRİ Dövlət Nəzarət Xalq Komissarlığının baş nəzarətçisi vəzifəsinə keçdi.
20 iyun 1941-ci ildə Xalq Komissarları Soveti yanında dövlət ştat komissiyası sədrinin müavini təyin edildi. 1942-ci ildən Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi kadrlar şöbəsi müdirinin müavini oldu, aviasiya və metallurgiya ilə əlaqəli işlərlə məşğul idi.
İki "Lenin", "Qırmızı Əmək Bayrağı" və I dərəcli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.
1956-cı ildən sonra Krım tatarlarının Krıma qaytarılması hərəkatında iştirak edir.
5 fevral 1976-cı ildə Moskvada vəfat etdi. Danilov müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Simferopolda bir küçə onun şərəfinə adlandırılmışdır.
İstinadlar
Xarici keçidlər Крымские татары во Второй мировой войне http://www.ndkt.org/yu.-osmanov-ob-amethane-sultane.html «Опаленные крылья»: Голос Крыма Кем был мой дед Абляким Гафаров? Мы помним: Крымские татары в Великой Отечественной войне
Kateqoriya:SSRİ general-leytenantları