Mehkad Ceyson MakKinli Bruks (; ) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır.

Həyatı Mehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur.

Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir.

Şəxsi həyatı Mehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso.

Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.

Bruks «Məxluq» filmindəki həmkarı Serinda Suon ilə sevgili olmuş, ancaq 2011-ci ildə ondan ayrılmışdır.

Mediada Bruks Emanuela de Paula ilə birlikdə "GQ" jurnalının iyul 2010-cu il buraxılışında təsvir edilmişdir.

Filmoqrafiya Ölümcül döyüş (film, 2021)

İstinadlar

Xarici keçidlər

Interview at LIFETEEN.com

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Cənubi Kaliforniya Universitetinin məzunları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları