223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası — İkinci Dünya müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində milli Azərbaycan hərbi birləşməsi.

Tarixi SSRİ Dövlət Müdafiə Komitəsinin 1941-ci il oktyabrın 14-də 0104 nömrəli əmri ilə Zaqafqaziya Cəbhəsində 14 oktyabr 1941-ci il 795ss nömrəli qərarı ilə arxa cəbhə hissələrinin şəxsi heyətindən (168-ci ehtiyat atıcı alayı əsasında) yaradılmışdır. Əvvəlcə hərbi birləşmə Sumqayıtda yerləşmişdi. Diviziyanın şəxsi heyətinin komplektləşməsi Azərbaycan SSR ərazisində Quba — Sarvan — Çarxı — Qusar — Dəvəçi rayonlarında aparılmışdır. Baş Qərargahın 2 yanvar 1942-ci il tarixli 170005 nömrəli göstərişi ilə Mahaçqala bölgəsinə yeridilmişdir.

Qafqaz cəbhəsi SSRİ Dövlət Müdafiə Komitəsinin 03.03.1942-ci il tarixli Org / 2/534 göstərişi ilə Azərbaycan milli diviziyasına çevrilmişdir. 05.15.1942-ci ildə müntəzəm ordu tərkibinə (Zaqafqaziya Hərbi Dairəsinin cəbhəyə çevrilməsi ilə) daxil oldu. Baş Qərargahın 06.07.1942-ci il tarixli 170441 nömrəli direktivi əsasında Bakı istiqamətini müdafiə etmək üçün Mahaçqala rayonu ərazisinə yerləşdirilən 44-cü Ordunun sərəncamına verildi. Baş Qərargahın 07.30.1942-ci il tarixli 170536 nömrəli göstərişi ilə diviziya Dərbənd və Samur mövqelərini, 09.09.1942-ci il tarixli 170628 nömrəli göstərişlə isə Terekin cənub sahili boyunca müdafiə mövqeləri tutdu.

1942-ci il sentyabrın 16-da 44-cü Ordunun komandanı general-mayor İ. Petrov diviziyada olarkən komandir polkovnik Heybət Heybətova və alay komissarı Ə. Məmmədova 100–110 km-lik yürüş üçün hazırlıqlara başlamağı əmr etdi. Bu yüruşlə Babayurd qoyunçuluq ferması, Kizlyarın cənubunda yerləşən Germenchi-Otar — Lüksemburq xəttinə çıxılmalı idi. Sentyabrın 27-də diviziya 120 kilometrlik yürüşdən sonra göstərilən mövqeləri tutur. 1942-ci il noyabrın sonunda 223-cü diviziya brinci eşelonun hissələrini əvəz edir və 1942-ci il dekabrın 1-nə qədər Xəzər dənizindən Qudermesə qədər olan xətti müdafiəsi ilə məşğul olur. Qafqaz döyüşünün hücum mərhələsinin bir hissəsi olaraq, diviziya Mozdok-Stavropol (1943-cü il 01–24 yanvar) və Tixoretsk-Yeisk (1943-cü il 24 yanvar — 4 fevral) hücum əməliyyatlarında iştirak etmişdir. Sonra diviziya Krasnodar hücum əməliyyatında iştirak edir (1943-cü il 9 fevral — 16 mart). Baş Qərargahın 29.03.1943-cü il tarixli 46086 nömrəli göstərişi tamamlandıqdan sonra diviziya 46-cı Ordunun tərkibinə daxil edilərək (06.04.1943-cü ildə 04.04.1943-cü ildən Səhra Hərbi Dairəsinə çevrilən Ehtiyat Cəbhənin sərəncamına verildi) Millerovo rayonu ərazisinə köçürüldü.

Ukrayna cəbhəsi 1943-cü ilin iyunun 1-də diviziya 46-cı Ordunun digər hissələri ilə birlikdə Cənub-Qərb cəbhəsinə verildi. 1943-cü il iyulun 23-də diviziya yenidən Baş Qərargahın ehtiyatına daxil edilsə də, 1943-cü il avqustun 7-də yenidən müntəzəm ordunun tərkibinə qaytarıldı. Hərbi birləşmə Donbassdakı hücum əməliyyatında (13.08–22.09.1943), sonra isə Dnepr döyüşündə (Dnepropetrovsk əməliyyatı 23.10–23.12.1943) iştirak edir.

Dnepr döyüşü başa çatdıqdan sonra diviziya Sağ Sahil Ukraynasını azad etmək əməliyyatında iştirak edir (Dnepr-Karpat əməliyyatı). Əvvəlcə (1944-cü il fevralın sonuna qədər) 2-ci 57-ci Ordunun tərkibində (22 fevral 1944-cü ildən 3-cü Ukrayna Cəbhəsi) İngulets çayının sağ sahilində plasdarmı qoruyur və sonra Berezneqovato-Snigirevskaya (05–18-18.1944) və Odessa (26.03–14.04.1944) hücum əməliyyatlarına cəlb olunur.

Sağ Sahil Ukraynasının azad edilməsi başa çatdıqdan sonra, diviziya 1944-cü ilin avqustuna qədər müdafiə mövqelərində qərar tutur və daha sonra Moldovanın (1944-cü il avqustun 20–29-da keçirilən Kişinyov-İzmail əməliyyatı), Rumıniya və Bolqarıstanın azad edilməsində iştirak edir. 1944-cü ilin sentyabrında hərbi birləşmə Bolqarıstan-Yuqoslaviya sərhədində yenidən toparlanaraq Yuqoslaviyanın azad edilməsində qəhrəmanlıq göstərir. Belqrad hücum əməliyyatı zamanı (1944-cü il sentyabrın 20–28-i) 223-cü Atıcı diviziyasının hissələri 57-ci Ordunun digər birləşmələri, 46-cı Ordu, Dunay Hərbi Donanması və Yuqoslaviya Xalq Azadlıq Ordusunun qüvvələri ilə birlikdə 10/20/1944-cü il oktyabrın 10-da Belqrad şəhərinə daxil olurlar. Şəhərin azad edilməsində fərqləndiklərinə görə hərbi birləşməyə "Belqrad Diviziyası" fəxri adı verildi.Mehdiyev B. 223-cü Qırmızı Bayraqlı Belqrad atıcı diviziyası. Bakı, 2000, 275 səh.

Balkanda döyüşlər 200px|thumb|left|Belqradın azad edilməsində həlak olan Sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidə. Belqrad əməliyyatından sonra diviziya Macarıstanın azad edilməsində iştirak edir. Budapeşt hücum əməliyyatının bir hissəsi olaraq, diviziya Szekesfehervar-Eszterqomskoy əməliyyatına cəl olunur (20.12.1944–13.02.1945). Bu əməliyyat nəticəsində Budapeşt şəhərinin mühasirəsi xaricində cəbhə yaradılır.. Macarıstanın paytaxtını ələ keçirdikdən sonra 2-ci Ukrayna Cəbhəsinin 46-cı Ordusunun tərkibində diviziya Vyana əməliyyatında iştirak edir (13.03.-04.15.1945-ci il). Vyanaya hücumun bir hissəsi olaraq 223-cü Atıcı diviziyası Dyerr əməliyyatında (03.13.-04.04.1945-ci il) və birbaşa Avstriya paytaxtına edilən hücumda iştirak edir (1945-ci il aprelin 4-dən 15-nə qədər).Geschichte des Zweiten Welt Krieges — D. F. Ustinov, Sh: 238–239. Vyananın azad edilməsində fərqləndiyinə görə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi.Кавалеры ордена Славы трёх степеней. Краткий биографический словарь — М.: Военное издательство,2000.

Müharibənin sonunda diviziya Çexoslovakiyanın bir sıra bölgələrini azad edərək Bratislava-Brnovsk əməliyyatında iştirak etdi (25.03.-05.05.1945-ci il).

Baş Qərargahın 1945-ci il mayın 29-dakı 11098 nömrəli göstərişi ilə 223-cü diviziya 46-cı ordunun digər bölmələri ilə birlikdə Cənubi Qüvvələr Qrupuna daxil oldu.

Hərbi birləşmə Azərbaycan milli diviziyası sayılsa da, zaman keçdikcə tərkibi ciddi itkilərə məruz qaldığından və bu itkilər doldurulmadığına görə hərbi hissədə azərbaycanlıların milli tərkibi nisbəti xeyli azalmışdı. Belə ki, 1943-cü il yanvarın 1-də azərbaycanlılar diviziyanın şəxsi heyətinin 86,1%-ni təşkil edirdilərsə, 1943-cü il iyulun 7-də 24,6%, 1944-cü il yanvarın 1-də 19,4%, 1944-cü il iyulun 1-də isə kontingentin cəmi 11,2%-ni təşkil edirdilər.

Tam adı 223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası

Tabe olduğu hərbi birləşmələr Zaqafqaziya cəbhəsi — 1941-ci ilin oktyabrından 30.12.1941-ci ilə qədər Qafqaz cəbhəsi — 30.12.1941–28.01.1942-ci ilə qədər Zaqafqaziya Hərbi Dairəsi — 1942-ci il 28 yanvar — 1942-ci il 15 may tarixləri arasında Zaqafqaziya cəbhəsi — 15.05.1942–07.06.1942-ci ilə qədər Zaqafqaziya cəbhəsi, 44-cü ordu — 07.06.1942–10.08.1942-ci ilə qədər Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 44-cü ordu — 10.08.1942-ci ildən 1942-ci ilin noyabr ayınadək Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 58-ci ordu — 1942-ci ilin noyabr-dekabr aylarında Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 44-cü ordu — 1942-ci ilin dekabrında — 1943-cü ilin yanvarına qədər Şimali Qafqaz cəbhəsi, 37-ci Ordu — 1943-cü ilin yanvar-fevral ayları Şimali Qafqaz cəbhəsi — 1943-cü ilin fevralından 29.03.1943-cü ilə qədər 46-cı ordu — Baş Qərargahın ehtiyat qüvvəsi — 03.29.1943–06.04.1943-cü il Ehtiyat cəbhəsi, 46-cı Ordu — Baş Qərargahın ehtiyat qüvvəsi 06.04.1943–15.04.1943-cü il. Səhra Hərbi Dairəsi, 46-cı ordu — 04.15.1943–31.05.1943-cü ilə qədər Cənub-qərb cəbhəsi, 46-cı ordu — 01.06.1943-cü ildən 23.07.1943-cü ilə qədər 46-cı ordu — Baş Qərargahın ehtiyat qüvvəsi — 07.23.1943–07.08.1943-cü ilə qədər Cənub-qərb cəbhəsi, 46-cı ordu — 07.08.1943–10.09.1943-cü il tarixlərində Çöl Cəbhəsi, 46-cı ordu — 11 sentyabr 1943-cü ildən 2 oktyabr 1943-cü ilədək Cənub-qərb cəbhəsi, 46-cı ordu 03.10.1943–20.10.1943-cü il tarixlərində 3-cü Ukrayna cəbhəsi, 46-cı Ordu — 1943-cü il oktyabrın sonunda 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 24-cü qvardiya atıcı korpusu — 1943-cü ilin oktyabr-noyabr aylarında 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 49-cu atıcı korpusu — 1943-cü ilin noyabr-dekabr aylarında 3-cü Ukrayna cəbhəsi, 46-cı Ordu — 1943-cü il oktyabrın sonunda 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 24-cü qvardiya atıcı korpusu — 1943-cü ilin oktyabr-noyabr aylarında 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 49-cu atıcı korpusu — 1943-cü ilin noyabr-dekabr aylarında 2-ci Ukrayna Cəbhəsi, 57-ci ordu, 49-cu atıcı korpusu — 1943-cü ilin dekabrı — 1944-cü ilin yanvarı 2-ci Ukrayna cəbhəsi, 57-ci ordu, 68-ci atıcı korpusu — 1944-cü ilin yanvar-fevral aylarında 3-cü Ukrayna cəbhəsi, 57-ci ordu, 64-cü atıcı korpusu — 1944-cü ilin fevral-mart aylarında 3-cü Ukrayna cəbhəsi, 57-ci ordu, 68-ci atıcı korpusu — 1944-cü ilin mart-noyabr aylarında 3-cü Ukrayna cəbhəsi, 68-ci atıcı korpusu — 1944-cü ilin noyabr-dekabr aylarında 3-cü Ukrayna cəbhəsi, 4-cü qvardiya ordusu, 68-ci atıcı korpusu — 1944-cü ilin dekabrı — 1945-ci ilin yanvarı 3-cü Ukrayna cəbhəsi, 4-cü qvardiya ordusu, 20-ci qvardiya atıcı korpusu — 1945-ci ilin yanvar-fevral aylarında 2-ci Ukrayna cəbhəsi, 46-cı ordu, 23-cü atıcı korpusu — 1945-ci ilin fevral-aprel aylarında 2-ci Ukrayna cəbhəsi, 46-cı ordu, 75-ci atıcı korpusu — 1945-ci ilin aprelindən

Tərkibi 1037-ci Suvorov ordenli Vyana alayı 1039-cu Kutuzov ordenli atıcı alay 1041-ci Suvorov və Kutuzov ordenli atıcı alay 818-ci Boqdan Xmelnitiski ordenli artilleriya alayı 332-ci fərdi tank əleyhinə qırıcı divizion (05.04.1942-ci ildən) 176-cı zenit artilleriya batareyası 669-cu minamyot divizionu 351-ci kəşfiyyat taboru 587-ci sapyor batalyonu 752-ci fərdi rabitə batalyonu (785-ci fərdi rabitə taboru) 385-ci fərdi kimyəvi hücum taboru 320-ci tibb-sanitar batalyonu 422-ci avtonəqliyyat taboru 378-ci sahə çörəkxanası 71-ci veterinar xəstəxanası 1725-ci sahə poçt stansiyası Dövlət bankının 853-cü sahə bilet şöbəsi

Komandirləri 18.10.1941–26.02.1942 Romanov Vladimir Filippoviç, polkovnik 27.02.1942–30.05.1943 Heybət Heybətov, polkovnik (10.11.1942-ci ildən general-mayor) 31.05.1943–04.08.1943 Şkodunoviç Nikolay Nikolaeviç, polkovnik 05.08.1943–10.03.1944 Suxanov Mixail Afanaseviç, polkovnik (10.03.1944-cü ildən general-mayor) 11.03.1944–04.09.1944 Tatarçevski Pyotr Mixayloviç, polkovnik 05.09.1944–09.05.1945 Sagitov, Ahnav Qaynutdinoviç, polkovnik

Mükafatları 1944-cü ildə — "Belqrad diviziyası" fəxri adına layiq görülmüş. 1945-ci ildə — "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdir.

Diviziyanın fərqlənmiş döyüşçüləri Bondarenko, İvan Antonoviç (1914–1944), 1041-ci piyada alayının komandiri, mayor. 1944-cü il oktyabrın 3-də Varvarovka kəndinin yaxınlığında (Kirovoqrad vilayətinin Dolinski rayonu) düşmən müdafiəsindən keçərkən fərqlənmişdir. 1944-cü il martın 21-də geri çəkilən nasistlərin dalınca Buqskoye kəndi yaxınlığında (Nikolayev vilayətinin Voznesenski rayonu) Cənubi Buq çayının sahilinə ilk çıxanlardan olmuşdur. Bu zaman düşmənin 2 hücum silahı, 37 avtomaşını, 6 sursatı, onlarla əsgəri və zabit məhv edilmişdir. 1944-cü il martın 24-də alayın bir hissəsi Cənubi Buqu adlayıb və onun sağ sahilindəki plasdarmı ələ keçirdi. 1944-cü il martın 3-də plasdarmı tutmaq üçün döyüşün kritik anında döyüşçüləri süngü hücumuna qaldırmış, yaralanmasına baxmayaraq döyüş bölgəsini tərk etməmişdir. Döyüş tapşırığı yerinə yetirilmişdir. Bu döyüşdə həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adını 1944-cü il iyunun 3-də ölümündən sonra almışdır. Lenin ordeni, "Qırmızı Bayraq" ordeni, 3-cü dərəcəli Suvorov ordeni, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Kurlov Vasili İvanoviç, baş çavuş, 1039-cu atıcı alayının kəşfiyyat taboru komandirinin müavini. 1945 və 1995-ci illər Qələbə Paradlarının iştirakçısı. Martınov Fyodor İvanoviç 351-ci fərdi kəşfiyyat taborunun kəşfiyyatçısı. Motuz Vladimir İvanoviç çavuş, 1037-ci piyada alayının kəşfiyyat bölümünün komandiri.