Abdraşit Xakimoviç Abdraxmanov () — Sovet, qazax boksçusu, məşqçi və populyar kino aktyoru. Boks üzrə iki qat SSRİ çempionu (1970–1971), beynəlxalq dərəcəli idman ustası adına layiq görülən ilk qazax boksçusu oldu. 1969-cu il SSRİ kubokunun qalibi. Amerika, Avropa, Afrikada keçirilən müxtəlif beynəlxalq boks turnirlərinin qalibi. Qırğızıstanın əməkdar artisti.
Bioqrafiyası 20 iyun 1946-cı ildə Almatı vilayətində, Alma-Ata şəhərində anadan olub. 1975-ci ildə Qazaxıstan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.. Abdraşit milliyətcə uyğurdur.17 may 2019-cu ildə Alma-Ata şəhərində dünyasını dəyişib.
Məşqiçilik karyerası Abdraşit idman karyerasını bitirdikdən sonra Qırmızı Bayraqlı Orta Asiya Hərbi Dairəsinin milli komandasını məşq etdirməyə başladı. Komanda o zaman 16-cı yerdə idi. O dağlarda yeni bir təlim metodu sınaqdan keçirdi. Nəticədə komandanın altı boksçusu SSRİ komandasına daxil oldu. Abdraxmanovun tələbələri arasında iki dünya çempionu var: Orzubek Nazarov və Andrey Kurnyavka. Həmçinin SSRİ-nin altı çempionu. Ancaq Sovet İttifaqında eyni zamanda məşqçiliyi və aktyorluğu həyata keçirmək çətin idi. O üzdən məşqçiliyi buraxdı.
Kino karyerası 1969-cu ildə məşhur qazax rejissoru Şaken Aimanov tərəfindən "Ağ kvadrat" filmindəki boksçu roluna dəvət edildi. Sonradan döyüş, hərbi, dram, tarixi, komediya və s. janrlarda filmlərə çəkildi. 1996-cı ildə "Gün var əsrə bərabər" filminə görə Lüksemburqda Çingiz Aytmatov Beynəlxalq Mükafatına layiq görüldü. Dünya kinosuna verdiyi töhfələrə görə 1996-cı ildə Berlin festivalında Qızıl Kamera mükafatına layiq görülmüşdür.
Qazaxıstan Respublikasında şərq döyüş sənətinin inkişafına böyük töhfə vermişdir. Döyüş sənətinin bir çox növündə görkəmli idmançıların yetişməsində əməyi böyük olmuşdur: boks, uşu-sanda, kik-boks, tay-boks. 20 filmdə rol alıb. Çəkildiyi bəzi filmlər: Çempion (1979) — boks hakimi, Beybars (1989) — epizodik rol, Ermak (1996) — Qedılbek.
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları