Elm və dünya əlaqələri üzrə Paquoş konfransı () — sülh, tərk-silah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq.
Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7–10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir.
Əsas mərhələləri 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi.
Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar.
1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala 2017-ci ildə Sercio Duarte prezident seçildi..
Paquoş konfransı
Birici konfrans İlk Paquoşa konfransı 7–11 iyul 1957-ci ildə kanadalı ictimai xadim və milyarder Cayrus İtonun fəal dəstəyi ilə Paquoşda(Yeni Şotlandiya, Kanada) keçirilmişdir. Konfransda 10 ölkədən 22 alim (ABŞ-dən 7ː German Moller, Leo Silard, Pol Doti, Ueltor Selov, Yevgeni Rabinoviç, Viktor Vayskopf, Devid Çevers; SSRİ-dən 3ː akademik Aleksandr Topçiyev, professor Aleksandr Kuzin, akademik Dimitri Skobeltsın; Yaponiyadan 3ː İvao Oqava, Sinitiro Tomonaqa, Xideki Yukava; Böyük Britaniyadan 2ː Cozef Rotblat, Sesil Frenk Pauell; Kanadadan 2ː Brok Corc, Con Foster; Avstraliyadanː Mark Olifant; Avstriyadanː Hans Tirrinq; Çindənː Çjoy Peyyuan; Fransadanː Antuan Lakassan; Polşadanː Marian Danış iştirak etmişdi. Əsasən, nüvə fizikləri idilər.
Təşkilati strukturu Təşkilatın rəhbəri Prezident, ali icra orqanı — baş katibdir. Elmi və elmi-təşkilati məsələlər üzrə ali kollegial idarəetmə orqanı alimlərin Paquoşi hərəkatı Şurasıdır ki, onun üzvləri arasından inzibati-büdcə məsələlərinə cavabdeh olan İcraiyyə Komitəsi seçilir. Alimlər Paquoşa hərəkatı təşkilatının Şurası bu və ya digər məsələləri (elmi və inzibati) üzrə daimi və müvəqqəti kollegial orqanlar yarada bilərlər.
Paquoş hərəkatı Şurasının prezidenti, baş katibi və üzvlərinin seçilməsi sözdə "beşillik" baş tutur və ya mövcud Şuranın tərkibi, habelə müəyyən edilmiş qaydada qeydə alınmış və alimlərin Paquoş hərəkatına illik üzvlük haqqı ödəyən Milli Paquoş qruplarının (komitələrin, assosiasiyaların, cəmiyyətlərin) təqdimatı Paquoşa konfranslarında keçirilir.
Təşkilatın cari fəaliyyətini Elm və dünya əlaqələri üzrə Paquoş hərəkati Katibliyi və Londonda yerləşən Paquoş hərəkatının dörd daimi beynəlxalq qərargahı (1957-ci ildən fəaliyyət göstərir), Cenevrədə (1974-cü ildən), Romada (1988-ci ildən) və Vaşinqtonda (1997-ci ildən) həyata keçirir.
Konfrans ənənələri Konfransın bütün iştirakçıları şəxsi dəvət alırlar və heç bir ölkəni və ya təşkilatı təmsil etmirlər. Müzakirələr bağlı qapılar arxasında keçirilir, iclasın sonunda mətbuata qısa bir açıqlama verilir.
Konfrans siyahısı NömrəKeçirilmə vaxtıŞəhərÖlkəİstinad 1-ci 1957 iyul Paquoş Kanada 2-ci 1958 may Lak-Bopor Kanada 3-cü 1958 sentyabr Kitsbyuel Avstriya 4-cü 1959 iyun — iyul Baden-Baden Almaniya 5-ci 1959 avqust Paquoş Kanada 6-cı 1960 dekabr Moskva SSRİ 7-ci 1961 sentyabr Stou ABŞ 8-ci 1961 sentyabr Stou ABŞ 9-cu 1962 avqust Kembric Böyük Britaniya 10-cu 1962 London Böyük Britaniya 11-ci 1963 Dubrovnik Yuqoslaviya 12-ci 1964 yanvar Udaypur Hindistan 13-cü 1964 Karlovı Varı Çexoslovakiya 14-cü 1965 aprel Venesiya İtaliya 15-ci 1965 dekabr — 1966 yanvar Əddis-Əbəbə Efiopiya 16-cı 1966 sentyabr Sopot Polşa 17-ci 1967 sentyabr Ronnebyu İsveç 18-ci 1968 sentyabr Nitsa Fransa 19-cu 1969 oktyabr Soçi SSRİ 20-ci 1970 sentyabr Fontana ABŞ 21-ci 1971 avqust–sentyabr Sinay Rumıniya 22-ci 1972 sentyabr Oksford Böyük Britaniya 23-cü 1973 avqust–sentyabr Aulanko Finlandiya 24-cü 1974 avqust–sentyabr Baden Avstriya 25-ci 1976 yanvar Çennai Hindistan 26-cı 1976 avqust Myulxauzen Almaniya Demokratik Respublikası 27-ci 1977 avqust Münhen Almaniya 28-ci 1978 sentyabr Varna Bolqarıstan 29-cu 1979 iyul Mexiko Meksika 30-cu 1980 avqust Bryokelen Niderland 31-ci 1981 avqust Banff Kanada 32-ci 1982 avqust Varşava Polşa 33-cü 1983 avqust Venesiya İtaliya 34-cü 1984 iyul Byorkliden İsveç 35-ci 1985 iyul Kampinas Brazilya 36-cı 1986 sentyabr Budapeşt Macarıstan 37-ci 1987 sentyabr Qmunden Avstriya 38-ci 1988 avqust–sentyabr Daqomıs SSRİ 39-cu 1989 iyul Kembric ABŞ 40-cı 1990 sentyabr Eqem Böyük Britaniya 41-ci 1991 sentyabr Pekin Çin 42-ci 1992 sentyabr Berlin Almaniya 43-cü 1993 iyun Xassluden İsveç 44-cü 1994 iyun–iyul Kolimbari Yunanıstan 45-ci 1995 iyun Hiroşima Yaponiya 46-cı 1996 sentyabr Laxti Finlandiya 47-ci 1997 avqust Lillehammer Norveç 48-ci 1998 oktyabr–sentyabr Xurika Meksika 49-cu 1999 sentyabr Rustenburq Cənubi Afrika Respublikası 50-ci 2000 avqust Kembric Böyük Britaniya 51-ci 2002 mart Aqra Hindistan 52-ci 2002 avqust San-Dieqo ABŞ 53-cü 2003 iyul Halifaks, Paquoş Kanada 54-cü 2004 oktyabr Seul Cənubi Koreya 55-ci 2005 iyul Hiroşima Yaponiya 56-cı 2006 noyabr Qahirə Misir 57-ci 2007 oktyabr Bari İtaliya 58-ci 2009 aprel Haaqa Niderland 59-cu 2011 iyul Berlin Almaniya 60-cı 2013 noyabr İstanbul Türkiyə 61-ci 2015 noyabr Naqasaki Yaponiya 62-ci 2017 avqust Astana Qazaxıstan
Beynəlxalq tanınma 1995-ci ildə Paquoşa hərəkatı və onun təsisçilərindən olan Cozef Rotblatın da "dünya siyasətində nüvə silahının rolunun azaldılmasına yönəlmiş böyük nailiyyətlərə görə və bu növ silahların qadağan olunması istiqamətində uzun illər davam edən səylərinə görə" Nobel Sülh Mükafatı laureatlarında bərabər payı oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Konfranslar Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:İtaliyanın elmi təşkilatları Kateqoriya:Beynəlxalq elmi təşkilatlar