Sventsonka (), Polşanın bəzi regionlarında sventsone () deyilir — Polşada Müqəddəs Şənbə günü bayram yeməkləri ilə Pasxa zənbillərinin təqdis edilməsi ənənəsi. Ənənə Polşadan başqa həmçinin Polşa diasporunun nümayəndələri arasında, həm də Rusiya katolikləri arasında yayılıb.

Ənənənin mənşəyi thumb|Mixal Elviro Andriolli. Sventsonka. Təxminən 1893-cü il. Pasxa süfrəsindən əvvəl yeməyin təqdis edilməsi ayini erkən orta əsrlərdə yaranmış və təqribən bütpərəst ritualdan qaynaqlanır. Bu adətin təsviri ilk dəfə VII əsrdə qeyd olunub, Pasxa çörəyi və yumurtasının təqdis olunduğu müasir ənənə isə XII əsrə aid olunur.

Müasir zamanda Ənənəvi olaraq, Polşada Pasxa səbəti ağ kətan və ya şəbəkəli dəsmal ilə örtülür və şümşad budaqları və lentlərlə bəzədilir.

Bəzi kənd icmalarında rahib kilsə ziyarətçilərinin evlərinə baş çəkir və orada yeməkləri təqdis edir, lakin əksər hallarda dindarlar Müqəddəs Şənbə günü kilsəyə gəlir, burada rahib və ya diakon xüsusi dualar oxuyur və sonra səbətləri müqəddəs su ilə səpir. Bəzi prixodlarda bu məqsədlə uzun masalar istifadə olunur, digərlərində prixoda gələnlər kilsə mehrabına yaxınlaşırlar.

Ənənəyə görə, təqdis olunmuş yemək bazar gününün səhərisinə qədər toxunulmaz qalır.

Ənənəvi Polşa Pasxa səbətində olan yeməklər və ərzaqlar thumb|Müasir Polşa Pasxa səbəti

rəngli yumurta — həyatın simvolu çörək-bulka məhsulları (babka, mazurka) — İsa Məsihin simvolu quzu — İsa Məsihin simvoludur (Tanrı quzusu). Bir çox hallarda əsl quzu əvəzinə, sadəcə keks əlavə olunur. duz — təmizlənmənin simvolu qıtığotu — kədər və əzabın simvolu vetçina - bolluq simvolu

İstinadlar

Kateqoriya:Pasxa Kateqoriya:Pasxa yeməyi Kateqoriya:Polşa ənənələri