Birinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Birinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Həmin Qanuna əsasən Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Əhalisi Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Birinci Zobucuq qəsəbəsində 2019-cu ilin may ayına olan məlumata görə 1587 nəfər yaşayır.

Birinci Zobucuq qəsəbəsində 9 şəhid ailəsi, 10 Qarabağ müharibəsi əlili vardır.

İqtisadiyyatı Birinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Mədəniyyəti Qəsəbədə kitabxana fəaliyyət göstərir. Dilağarda Poçt Şöbəsi Birinci Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1918.

Təhsil Qəsəbədə məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Birinci Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Qəsəbədə "26 № li tam orta məktəb" fəaliyyət göstərir.

Səhiyyə Qəsəbədə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

Həmçinin bax

Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2008-ci ildə yaranan yaşayış məntəqələri