Meybl Striklend ( ) — Maltalı jurnalist, qəzet sahibi və siyasətçi.

Ailə və şəxsi həyatı Striklend ser Cerald Striklendin qızıdır. Cerald Stiklend Maltanın 4-cü baş naziri olmuşdur. Anası Ledi Edelin Sakvil Kent qraflığının 7-ci qrafı Dela Varralı Recinald sakvilin qızıdır. Meybl heç vaxt ərə getməmişdir. Ona məxsus varidatın böyük hissəsi onun yerganə varisi Robert Xorniold-Stiklendə qismət olur. Yaşayış yeri Meybl Striklend ömrünün çox hissəsini Licdəki Villa Parizioda keçirir. Ondan əvvəl o, Maltanın Attard şəhərində ailəsinə məxsus olan Villa Bolonyaya yaşamışdır. Vila Lord Striklandın evi idi.

Karyerası Meybl Striklend atası və ögey anası Ledi Striklend (Marqaret, Edvard Haltonun qızı) ilə birlikdə Maltada bir qəzet təsis edir. 1935-ci ildə The Times of Malta və İl Berka qəzetlərinin redaktoru olur. 1940-cı ildə atasının ölümündən sonra qəzetlərin idarəedici direktoru vəzifəsini tutur. Qəzet İkinci Dünya müharibəsində Maltanın mühasirəsi zamanı bir dəfə də olsun itkiyə məruz qalmasına baxmayaraq heç bir sayını əsirgətmir. Meybl 1950-ci illərdə mütərəqqi Konstitusiya Partiyasını qurur və rəhbərlik edir. 1950-ci illərin əsas siyasi liderlərindən biri kimi 1956-57-ci illərdə inteqrasiya danışıqlarında iştirak edir. 1964-cü ildə müstəqilliyə qarşı çıxır. 1962-ci ildə Malta Parlamentinə seçilir. Həmişə sərbəst və müstəqil mətbuat uğrunda mübarizə aparır və Maltanın İngiltərə və Birlik ilə əlaqələrini qorunmasının tərəfdarı olur. Təqaüdə çıxdıqdan sonra ailəsi adından Striklend Vəqfini qurur. Ölümü Meybl Striklend 29 noyabr 1988-ci ildə vəfat edir və Striklendlərin ailə qəbrstanlığı olan Müqəddəs Pol Katedralında dəfn edilir.

İstinadlar

Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XX əsr qadın yazıçıları