M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. Tarixçə Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı. Dördüncü Levent stansiyasından Taksim stansiyana qədər altı stansiyadan ibarət idi. 30 yanvar 2009-cu ildə xətti şimaldan üç stansiya ilə Atatürk Avtomobil sənayesi stansiyasına, cənubdan Şişli stansiyasına qədər uzatdı. Eyni zamanda, Türkiyə-Koreya şirkəti EUROTEM tərəfindən istehsal olunan qatarlar işə salındı. 2011-ci ilin yayına qədər Darüşşafaka və Hacı Osman stansiyaları tamamlandı və istifadəyə açıldı. Qalereya

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şişli Kateqoriya:Fatih (İstanbul)