thumb|Akademiyanın köhnə binası Kosovo Elmlər və İncəsənət Akademiyası (; ; ) — Kosovo Respublikasının Ali Elmi Təşkilatı.

Tarixi 1950-ci illərdə Kosovoda ən yüksək səviyyədə təşkil edilən elmi araşdırmalara ehtiyac məsələsi gündəmə gəldi. 1953-cü ildə Albanologiya İnstitutu yarandı, lakin 2 ildən sonra Yuqoslaviya hakimiyyətinin təzyiqi altında bağlandı. 1967-ci ildə Albanologiya İnstitutu təzədən təşkil edildi və ondan sonra bölgənin elmi və mədəni həyatında fəal iştirak etdi. 1970-ci illərdə, Kosovo bölgəsində digər Yuqoslaviya respublikalarıyla bərabər azadlığı təmin etmək üçün milli hərəkat gücləndi. Kosovoda daha yüksək bir elmi müəssisə yaratmaq barədə müzakirələr aparıldı. 1974-cü ildə Kosovo Assambleyası bu işi görmək üçün komissiya yaratdı. Kosovo Elmlər və İncəsənət Akademiyası 20 dekabr 1975-ci ildə təsis olundu. Keçmiş Yuqoslaviya ərazisində müasir alban poeziyasının banisi hesab olunan Əsəd Mekuli akademiyanın ilk prezidenti oldu. Akademiya dörd şöbədən ibarətdir: Dilçilik və Ədəbiyyat şöbəsi, İctimai Elmlər şöbəsi, Təbiət Elmləri şöbəsi və İncəsənət şöbəsi.

Üzvləri Kosovo Elmlər və İncəsənət Akademiyasının 24 tam ştatlı və 11 assosiasiyalı üzvü var. Elmi qurumun hazırkı prezidenti professor Mehmet Krajadır, vitse-prezidenti professor Payazit Nuşidir. İsuf Krasniki Kosovo Elmlər və İncəsənət Akademiyasının baş katibidir. Dilçilik və ədəbiyyat şöbəsinin müdiri şair və yazıçı Əkrəm Başa, İctimai Elmlər şöbəsinin müdiri tarixçi Yusuf Bayraktari, Təbiət Elmləri şöbəsinin müdiri Feizulax Krasniki və İncəsənət şöbəsinin müdiri heykəltaraş Luan Mulikidir. Alban-Amerika Nobel mükafatı laureatı Fərid Murad və Tereza Ana kimi görkəmli şəxsiyyətlər akademiyanın fəxri üzvü adına layiq görülmüşdülər.

İstinadlar Qeydlər

Mənbə

Xarici keçidlər

Kosovo Elmlər və İncəsənət Akademiyasının rəsmi saytı

Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Kosovo mədəniyyəti Kateqoriya:1975-ci ildə yaradılmış təşkilatlar