Luiza Pesyak ( ) — Sloven əsilli yazıçısı, şair və tərcüməçi.
Bioqrafiyası 12 iyun 1828-ci ildə Lyublyanada vəkil Blaz Krobazın ailəsində anadan olmuşdur. Ailənin birinci övladı olurPesjakova, Luiza
Fröhlichov adlı xüsusi bir müəssisədə oxuyur. Burada qızların adi təhsili ilə yanaşı, roman dilləri və ədəbiyyatı üzrə biliklər qazanır. 1844-cü il onun poeziyasının başlanğıc ili olur. Sloven və alman dillərində əsərlər yazırMalo po nemško malo po slovensko — Luiza Pesjakova . Sloveniyalı yazıçı, dramaturq və tənqidçi Fransez Levstick Luiza müasirləri arasında ona böyük təsir göstərir.
Atasının ölümündən sonra, 1848-ci ildə Luisa, zəngin tacir və təşəbbüskar Simon Pesyak () ilə evlənir. Onların beş qız ovladları dünyaya gəlir. Ailədə alman və fransız dillərində danışılır. Əvvəllər — 1840-cı ildə ədəbi fəaliyyətə başlamış və alman dilində də əsərlər yazmışdır. Onun Poetische Versuche əsərini yazması 1843–1844 illərə təsadüf edir. O, ingilis dilini mükəmməl bilirdi. 1860-cı ildən sonra Luiza Pesyak Sloveniya milli hərəkatının üzvü olur və vətənpərvərlik əsərləri yazmağa başlayır. Bunlardan birincisi, Kar ljubim adı əsəri olur ki, oda 1864-cü ildə yazılmış və Bleiweisovih novicahda nəşr edilmişdir. Uşaqlar üçün kitablar da yazmışdır. Bu illərin əsərlərindən Očetova ljubezen (Novice, 1864), Dragotin (Slovenski glasnik, 1864), Beatin dnevnik (kitab, 1887), Rahela (Letopis Matice slovenske, 1870) kimiləri qeyd etmək olar. Onun digər nəşrlərı də yayımlanıb. Daha sonrakı bir dövrdə, Luiza Pesyak romantik və sevgi əsərlərinə üstünlük vermişdir. Luiza Pesyak 1 mart 1898-ci ildə Lyublyanada vəfat edir. Yazıçının sağlığında ikən portiteti sloveniyalı rəssam Mixail Stroy tərəfindən çəkilmişdir. Şəklin əksi daha sonra Yuqoslaviyanın poçt markasında nəşr edilmişdir.
Yaradıcılığı Poemaları Kar ljubim (1864) Vijolice (1885)
Nəsrləri Očetova ljubezen (Novice, 1864) Dragotin (SG, 1864) Rahela (LMS, 1870) Beatin dnevnik (1887)
Dramaturgiyası Svitoslav zajček (1865) Slovenija Vodniku (1866) Na Koprivniku (1872)
Opera librettosu Gorenjski slavček (1872)
Avtobioqrafiyası Iz mojega detinstva (LZ,1886)
Mənbə Lujiza Pesjakova — učenka velikega mojstra slovenske poezije
İstinadlar
Kateqoriya:Sloveniya yazıçıları Kateqoriya:Avstriya-Macarıstan yazıçıları