Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei) — Nasist Almaniyasının normal polisi. 1936-cı ildən 1943-cü ilə qədər intizam polisi polis generalı Kurt Dalyuqe () tərəfindən idarə olunmuş, onun üstündə isə Reyxsfürer-SS və Almaniya Daxili İşlər Nazirliyində Alman Polisi rəisi vəzifəsini icra edən Henrix Himmler dayanmışdı. 1943-cü ilin yayından etibarən isə Vaffen-SS və Polis generalı Alfred Vünnenberq İntizam Polisi İdarəsinin (Ordnungspolizei) başçısı olmuşdur.

İntizam polisinin əməkdaşları bir sıra hərbi cinayətlərdə, o cümlədən Holokost, Porajmos (roman soyqırımı) və xəstə məhbusların edamı kimi kütləvi qətllərdə icraçı qüvvə kimi iştirak etmişdirlər.

Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır.

Faşistlərin yəhudilərə və Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.

Həmçinin bax

Reichssicherheitshauptamt

Kateqoriya:Almaniya Kateqoriya:Nasist Almaniyası Kateqoriya:Adolf Hitler Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:SS Kateqoriya:Holokost terminologiyası Kateqoriya:Keçmiş hüquq-mühafizə orqanları Kateqoriya:Nasist Almaniyasında polis Kateqoriya:1936-cı ildə yaradılmış hərbi hissələr və birləşmələr