Kris Taker (ing. Christopher Tucker, ) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib.
Həyatı Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
İstinadlar
Xarici keçidlər Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Afroamerikalılar