Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov — Kiyev universitetinin məzunu, notarius, sahibkar.

Həyatı Fətulla bəy Kərimbəyov 1869-cu ildə Cəbrayıl qəzasının Kərimbəyli kəndində anadan olmuşdu. Qarğabazar kəndindəki rus-tatar məktəbinin 3-cü sinfini, Cəbrayıl kəndindəki məktəbin 5-ci sinfini, Şuşa şəhəri real məktəbin 7-ci sinfini bitirmişdi. Bakıda gimnaziyada oxuyandan sonra Kiyev şəhərinə yollanıb universitetə qəbul olur. Universiteti tamamlayandan sonra Bakı şəhərinə dönmüşdü. Uzun illər şəhər notariusunun rəisi vəzifəsində çalışmışdı. Bakı şəhərində 40 mənzillik üçmərtəbəli, 60 mənzillik ikimərtəbəli evlər tikdirmişdi. 60 mənzilli ev köhnə Ketsxoveli küçəsindəki Şəhər polisi ilə üzbəüz olan binadır.

Fətulla bəy repressiya illərində Stavrapol şəhərinə köçmüşdü. Orda vəfat edib.

Fətulla bəyin Vəli bəy adlı oğlu vardı.

Mənbə Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. III yazı. "Soy" elmi-kütləvi dərgi, 2011, № 2, səh.12–21.

Həmçinin bax Kərimbəyovlar

Kateqoriya:Kərimbəyovlar Kateqoriya:Füzuli rayonunda doğulanlar