Arizona Zervas (; ) — amerikalı repçi, müğənni. 2019-cu ildə Spotify pleylistlərində populyarlaşan və bunla da Billboard Hot 100 cərgəsinin dördüncü pilləsinə yüksələn "Roxanne" mahnısına görə məşhurdur.'Roxanne' Singer Arizona Zervas Signs With Columbia Records . Billboard, November 15, 2019. Mahnının uğuru nəticəsində o, ölkə daxilində konsert turlarına çıxmağa başlayıb və elə həmin ilin noyabrında Columbia Records ilə müqavilə bağlayıb. Mahnı üstəlik Yeni Zelandiya çartlarında bir nömrəyə çevrilib, eləcə də Böyük Britaniya, Avstraliya və bir neçə ölkədə ilk onluğa daxil olub. Onun 2023-cü ildə leybl olmadan özü tərəfindən buraxdığı debüt albomu "Wild West" ABŞ-də Apple Music reytinqlərində 59-cu sırada qərarlaşıb.

Fəaliyyəti Arizona Zervas ilk mahnısını on birinci sinifdə oxuyarkən buraxıb. Onun debüt sinqlı olan "Not Hit My Line" 2016-cı ildə işıq üzü görüb. O, bunun ardınca 30-dan çox mahnı buraxıb, mahnıların demək olar ki, hər biri Spotify-da 1 milyon dəfə dinlənilib.

Zervasın musiqi cərgələrinı düşən ilk mahnısı 2019-cu ilin 10 oktyabrında buraxdığı "Roxanne" olub. Mahnı qısa bir zamanda viral hitə çevrilib. Mahnı noyabrın 8-də ABŞ-də Spotify-ın Top 50 cərgəsinin birinci pilləsinə çatıb. Zervas bu cərgədə belə bir uğura nail olan ilk leyblsız müstəqil sənətçi idi.

Billboard jurnalından verilən məlumata görə, Zervas ABŞ-də Nyu-Yorkun Vebster zalı da daxil olmaqla 50-dən çox konsert vermişdir.

İstinadlar

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ repçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri