Nadejda Çernova (; ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir.

Bioqrafiyası Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları. Ədəbiyyatşünas Pavel Kosenko və şairə Rut Tamarina onu "İkinci Rimma Kazakova" olaraq adlandırırdılar.

Nadejda Çernovanın şeirləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Özü də tərcümə işləri ilə məşğul olur. Əsasən qazax, bolqar, fransız və digər dillərdən tərcümələr edir. 2006-cı ilə qədər "Prostor" ədəbi jurnalının nəsr şöbəsinə rəhbərlik etmişdir. Ailə İki dəfə ərə getmişdir. Nadejda Çernovanın ilk əri respublikanın əməkdar müəllimi və filoloq Oleq Qennadieviç Novojilov idi. İlk evliliyindən Denis adlı oğlu dünyaya gəlmişdir. Üstəlik Alyona adlı nəvəsi var. İkinci əri Fransada mühacirətdə yaşayan rus şairi Yuri Sofiev və İrina Xorinqin oğlu İqor Yuriyeviç Sofiev idi. 1955-ci ildə İqor Sofiev atası ilə birlikdə SSRİ-yə köçmüşdür. Mükafatları «Kurmet» ordeni Bioqrafiayası "Köçəri-həyat" "Odrəngi" "İki səs" "Gündönümü" "Səmavi ev" "Avqustun yaşı" "Yalnız sevgi haqqında" "Saksaul" Mənbə Биография и библиография в Павлодарската областна универсална научна библиотека Биография в „Объектив Восток“ Биография в Източно Казахстанска регионална универсална библиотека Биография и библиография в „ҚазАқпарат“ Сборник «Только о любви»

Kateqoriya:Bayanaulda doğulanlar Kateqoriya:Qazaxıstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Qazaxıstan yazıçıları Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Qazaxıstan tərcüməçiləri Kateqoriya:Rus şairlər Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XXI əsr publisistləri