Preşern günü () və ya Sloveniya Mədəniyyət bayramı () — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı. Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur. 1991-ci ildə 8 fevral istirahət günü elan edildi. Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir.

Tarixi 8 fevral İkinci Dünya müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu. 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu. Bayram YSFR dövründə də Sloveniya Sosialist Respublikasında dövlət bayramı hesab olunurdu, eyni zamanda Karintiya (Avstriya) və İtaliyada sloven icmaları tərəfindən də qeyd olundu.

İstinadlar

Kateqoriya:Bayramlar Kateqoriya:Fevraldakı bayramlar Kateqoriya:Sloveniya bayramları