Stevan Mokranyats (, əsl soyadı Stoyanoviç (); ) — Serbiya bəstəkarı və xormeyster.

Həyatı 9 yanvar 1856-cı ildə Neqotində anadan olmuşdur. O, Leypsiq şəhərində Salomon Yadasson və Karl Raynekedən, Mühnendə isə Yozef Raynbergerdən kompozisiya sənətini öyrənirdi. 1887-1914-cü illərdə Belqrad vokal cəmiyyətinin xorunu idarə edirdi və onunla bir çox ölkələrə qastrollara getmişdir.

1889-cu ildən 1893-cü ilə qədər Serbiyanın ilk simli kvartetində ikinci skripkaçı idi.

1899-cu ildə Belqrad Musiqi Məktəbinin qurucularından biri oldu və ömrünün sonun qədər burada rəhbərlik etmişdir. Məşhur tələbələri arasında bəstəkar Miloye Miloeviç yer alır.

1906-cı ildən Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü, 1907-ci ildən Serbiya Musiqiçiləri Birliyinin sədri olmuşdur.

28 sentyabr 1914-cü ildə Skopye şəhərində vəfat etdi.

Əsərləri Mokranyatsın əsas işi "Rukovetı" hesab olunur. Əsər Serbiya, Çernoqoriya, Makedoniya, Slavoniya, Dalmasia və Serbiya mahnılarının işlənməsindən ibarətdir və ona musiqi müşayiəti olmadan solistli xor üçün 15 süita daxildir. Bu xor əsərləri keçmiş Yuqoslaviyanın ərazisində çox məşhurdur. Mokranyatsın əsərləri arasında macar, türk və rumın mahnılarının işlənməsi, ruhani mahnılar, teatr üçün musiqilər və rekviyem daxildilər.

Sərgi

İstinadlar

Xarici keçidlər Serbiya Elmlər və İncəsənət Akademiyasının saytında bioqrafiyası srpskaenciklopedija.org saytında bioqrafiyası

Kateqoriya:Yeni Belqrad qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Serbiya bəstəkarları Kateqoriya:XIX əsr bəstəkarları Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları Kateqoriya:Serbiya skripkaçıları Kateqoriya:XIX əsr skripkaçıları Kateqoriya:Romantik bəstəkarlar Kateqoriya:Kilsə musiqisinin klassik bəstəkarları