Alessandro Safina () — İtalyan tenor.
Bioqrafiyası
Erkən illəri Alessandro Safina 14 oktyabr 1963-cü ildə İtaliyanın, Toskana regionunun Siena şəhərində doğulub. Çox kiçik yaşlarında mahnı oxumaq kimi istedadının olduğu ailəsi tərəfindən kəşf edilib. Alessandro musiqi təhsili almağa başladıqda sadəcə 9 yaşı olub və klassik musiqiyə maraq göstərməyə başlayıb. Valideynləri opera həvəskərı olduğundan klassik musiqini Alessandroya aşılaya bilib və bu sahədə ona dəstək olublar. Xüsusi istedadı Alessandronun cəmi 12 yaşında musiqi akademiyasına daxil olmasına səbəb olub.
Karyerası Artıq 17 yaşında Alessandro, Florensiyadakı professional Musiqi Konservatoriyası "di Luiza Cherubini"yə müraciət edib. Onun müraciəti qəbul edilib və qısa müddətdə Avropanın müxtəlif səhnələrində məşhur operaların aparıcı hissələrini ifa etməyə başlayıb. 1989-cu ildə, Mantovada italyan soprano Katia Riçiarelliyə həsr olunmuş "Concorso Lirico Internazionale" adlı müsabiqədədə birinci yerə layiq görülüb və opera sahəsində ilk mükafatını qazanıb. Bu mükafat onun parlaq karyerasının başlanğıcı olub.
İstinadlar
Kateqoriya:Opera ifaçıları Kateqoriya:İtaliya müğənniləri